Görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə son mənzilə yola salınıb
01.08.2018 [09:40]
İyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilib.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənirdi.
Xalq artisti Xəyyam Mirzəzadənin həmkarları, dostları, tanışları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın musiqi akademiyasının binasına gəlir, görkəmli bəstəkara və gözəl insana son borclarını verirdilər.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli bəstəkar Xəyyam Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli bəstəkarın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrünü yaşayıb”.
Nazir qeyd edib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Sənətkarın yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Vurğulanıb ki, o, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən söz açıblar. Qeyd edilib ki, Xəyyam Mirzəzadə çox gözəl pedaqoq idi, tələbələr onu çox istəyirdi. Onun yetişdirdiyi tələbələr nəyinki ölkəmizdə, dünyanın hər yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirilib ki, gözəl təşkilatçı olan Xəyyam Mirzazadə təkcə bəstəkarların yox, həm də rəssamların, yazıçıların dostu idi.
O, geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. Xəyyam Mirzəzadə hər bir məsələyə orijinal münasibəti, öz həyat yolu, sənətə fərdi baxışları ilə seçilirdi. Onun haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib. Onun musiqiləri hər zaman səslənəcək.
Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

