Mütaliə fikir və ideya istehsalının əsasıdır
25.09.2009 [10:59]
Sovet imperiyası öz ömrünü başa vurandan sonra keçid dövrü yaşayan və iqtisadi münasibətlərin dəyişdiyi Azərbaycan cəmiyyətində insanlar daha çox öz yaşayışlarını təmin etmək uğrunda mübarizə aparmağa başladıqlarından kitab elə də böyük əhəmiyyət kəsb etmirdi. Yaranmış mənzərəni qısaca olaraq xarakterizə etsək kitaba, mütaliəyə marağın azalması müxtəlif sosial problemlər qoynunda çapalayan cəmiyyət üçün normal sayıla bilən bir hal idi. Lakin...
ölkəmizin kitab bazarı və sakinlərin kitab “aclığı”...
Artıq keçid dövrünü arxada qoymuş Azərbaycan, inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutaraq dünyanı inkişaf tempinə görə heyrətdə buraxmaqdadır. Təbii ki, belə bir vəziyyətdə cəmiyyətin kitaba, sözə münasibəti də dəyişir. Bu münasibət isə əsasən oturuşmuş cəmiyyətlərə xarakterikdir. Uzun zaman oxucuların azalmasından haqlı olaraq eşitdiyimiz giley-güzarların yerini artıq dövlət qayğısı nəticəsində əldə edilmiş uğurlar və bu uğurlara görə yaşanan ovqat tutur. Cəmi iki həftə öncə təkcə respublika oxucusunun yox, dünyanın 20-dən çox ölkəsinin diqqət mərkəzinin yönəldiyi I Bakı Kitab Sərgi-Yarmarkası dövlətin qayğısı ilə yanaşı, Azərbaycan oxucusunun aktivlik və tələbkarlıq göstəricisinə çevrildi: dövlət tədbirə dəvət almış bütün iştirakçıların xərclərini ödədi, paytaxt sakinləri isə ikigünlük tədbirə əsl bayram ab-havası gətirdilər. Yaxın keçmişdə, yəni sosializm ictimai quruluşunun hökm sürdüyü dövrdə istehsal və yayım vahid sistemdə birləşdiyindən (dövlət nəşr və yaxud idxal edir, bu xətlə də yayım təşkil edilir, ölkənin bütün şəhər və kəndlərində, ən ucqar guşələrində yayım və satış obyektləri fəaliyyət göstərirdi. Bu isə o demək idi ki, kitab məhsulu oxucuya hər hansı şəkildə olur olsun təqdim edilir, onun ən xırda “şıltaqlıq” da nəzərə alınırdı) məhsulun ona təqdim olunması vərdişi aşılanmış oxucunun bu həssaslığı əslində son bir neçə ildə çəkilən zəhmətlərin məhsuludur.
çünki quruluş dəyişməyə başlayanda sosializmdən miras qalan bir sıra ehkamlar, o cümlədən, kitabla bağlı şəbəkə dağılsa da, bu sistem respublikamızda artıq daha modern şəkildə bərpa olunur və yuxarıda qeyd etdiyimiz kimi, özünü doğruldur.
Bazar iqtisadiyyatına keçid özəl sektorun (təbii ki, nə qədər gəlirsiz və əlverişsiz hesab edilsə də kitab işi sahəsi də bura daxildir) inkişafı, demokratiyanın təşəkkülü nəticəsində senzuranın ləğvi yeni şərtlərin diqtə edildiyi kitab bazarını formalaşdırıb. Bu bazar yetərincə alıcı toplaya bilməsə də, çiçəklənməyə başlayıb və nəhayət, dövlət özü hər iki tərəf-müəllif və oxucu, satıcı və alıcı arasındakı məsafəni minimuma endirmək, respublika miqyasında kitabların pərakəndə və topdansatış ticarətinə nail olmaq üçün genişmiqyaslı işə başlayıb. Müxtəlif beynəlxalq layihələrə imza atmaq, kitab sərgiləri təşkil etmək yolu ilə, hər bir azərbaycanlının asanlıqla və ucuz qiymətə kitab əldə etmək arzusu reallaşmaqla yanaşı, uzun illər məhsulun ona təqdim olunmasına alışmış oxucu kütləsini yenidən formalaşdırmaq üçün də zəmin yaradılıb.
Kitab işi sahəsində mühüm qərarlar...
Aydındır ki, bütün hallarda sivilizasiya göstəricisi kimi ilk yerdə xalqın intellektual səviyyəsi, bilik dərəcəsi gəlir və bunun üçün də mütaliə qabiliyyəti yüksək göstəriciləri əhatə etməlidir. öz toplumunun intellektual səviyyəsi və oxu mədəniyyətinin formalaşmasının qayğısına qalan Azərbaycan hökuməti kitab işi sahəsində mühüm qərarlar qəbul edib. Məsələn, 2004-2009-cu illər ərzində dünya və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri hər il 300 addan çox 25 min tirajla, latın qrafikası ilə çap edilib və ölkə kitabxanalarına paylanılıb. Eyni zamanda, 150 adda xarici ədəbiyyat yenidən nəşrə hazırlanır. Dövlət nəşriyyatlarına müxtəlif sayda kitablar sifariş verilir və onların abunəsi təşkil edilir.
Bir sözlə, kitaba həvəsi artırmaqla şüuru, təfəkkür tərzini qloballaşma şəraitinin intellektuallıq tələblərinə uyğunlaşdırmaq, hazırda dünyaya hökmranlıq etməyə çalışan biliklilər, informasiyalılar cəmiyyətində öz layiqli yerini müəyyən etmək üçün cəmiyyətin mütaliə qabiliyyətini yüksəltmək naminə yetərincə böyük işlər həyata keçirilir. Keçmiş İttifaq dağılandan sonra postsovet məkanında yerləşən respublikalar arasında sıradan çıxmış mədəni əlaqələr sistemi yenidən bərpa edilir və uzun illər eyni bayraq altında yaşamağa məcbur olan, mədəniyyətində ortaqlıq və oxşarlıq hökm sürən millətlərin və xalqların bəşəriyyətin mənəvi sərvəti sayılan dəyərlərinin qorunub saxlanması üçün dəyərli addımlar atılır. MDB ölkələrinin kitab sahəsindəki qarşılıqlı əməkdaşlığı, sərgilərin, müsabiqələrin keçirilməsi, ortaq nəşr layihələrinin reallaşması bu problemi tədricən aradan qaldırmağın ən optimal yolu kimi qəbul edilir. Və hər il postsovet məkanında kitabla bağlı keçirilən onlarla tədbirdə Azərbaycan ən yüksək səviyyədə iştirak edir.
Məlumat üçün deyək ki, MDB İcraiyyə Komitəsinin “Dövri mətbuat, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şura”sının 2009-2010-cu il üçün həmsədrləri sırasında respublikamız da təmsil olunur. Mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində bir çox dəyərli layihələr həyata keçirən Şuranın qəbul etdiyi qərarlar təsdiq üçün Hökumət Başçıları Şurasına təqdim olunub. Kitabı Himayə Deklorasiyasının layihəsi üzərində çalışmaqla yanaşı, çap məhsullarının qarşılıqlı mübadiləsinə əlverişli şərait yaradılması haqda müqavilə bağlanıb. MDB-nin müştərək çap orqanlarının təsis edilməsi kimi önəmli layihələrə imza atılıb. 2009-2010-cu ilin tədbirlər planına sərgilər, müsabiqələr və s. vacib tədbirlərlə yanaşı, ümumi “Birlik” adı altında bir sıra nəşr layihələri də daxil edilib. “MDB dövlətləri ədəbiyyatı”, “MDB dövlətləri mükafatları laureatları”, “MDB dövlətləri mədəni irsi”, “MDB dövlətləri uşaq ədəbiyyatı”, “MDB dövlətlərində turizm və istirahət”, “MDB xalqlarının nağılları” və s topluların nəşrlərinin həyata keçirilməsi isə təkcə bizim üçün yox, ümumilikdə dünya oxucusu üçün maraqlı olacaq.
Kitab Bayramı- I Bakı Sərgi-Yarmarkası
İki həftə öncə respublikamızda Kitab Bayramı- I Bakı Sərgi-Yarmarkasının keçirilməsi isə Azərbaycan oxucusu və ümumilikdə toplumu üçün çox əlamətdar olub.
“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” layihəsi çərçivəsində keçirilən sərgi-yarmarka xalqımızın kitaba, sözə olan sayğısını özündə ehtiva etməklə yanaşı, dünya kitabsevərlərinin diqqətini də bu məkana yönəldib. Azərbaycan Muzey Mərkəzində olan açılış mərasimindən start götürən və Axundov adına Milli Kitabxanada davam edən sərgidən mətbuat kifayət qədər geniş məlumat verdiyindən biz bir neçə kəlmə ilə kifayətlənək. Sərgi-yarmarkada 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap olunmuş kitablar, o cümlədən, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondundan kitablar nümayiş olunub.
Tədbirin sonuncu günü isə Milli Kitabxanada I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası iştirakçılarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi keçirilib. Qazaxıstan, Belarus, Tacikistan, Estoniya, Latviya, Pakistan, Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxanalarının hədiyyələri böyük sevinclə qarşılanıb.
20-dən çox ölkənin və Azərbaycandan 30-a qədər nəşriyyatın öz məhsullarını təqdim etdiyi bu kitab bayramı çox xeyirxah bir məqsədə xidmət edir. ölkələrin bir-birini tanıması və qarşılıqlı mədəni əlaqələrin möhkəmlənməsi də diqqət mərkəzində olan məsələdir. Beynəlxalq layihə olan sərgi-yarmarka buna qədər də müxtəlif tədbirlərə qatılan və son dörd ildə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülən Azərbaycanın kitab aləmi üçün yeni bir səhifənin açılışı olub. Bununla yanaşı, layihənin Azərbaycanda keçirilməsi və həm də nəzərdə tutulduğu kimi, iki ildən bir həyata keçirilməyə başlanması xalqımızın müqəddəs tutduğu kitaba, sözə münasibətini əks etdirir. Eyni zamanda, çox önəmli bir niyyət -Azərbaycan nəşr işinin dünyaya çıxarılması yönündə gerçəkləşdirilən addım gözlənildiyi uğuru gətirib. Bu da məlum həqiqətdir ki, istər keçmiş sovet dövründə, istərsə də ondan sonrakı müddət-keçid dövrü kimi xarakterizə etdiyimiz vaxt ərzində respublikamızda kitab nəşri sahəsi inkişaf etməyib. Daha böyük bir mədəniyyətin içində ərimək cəhdinin hökm sürdüyü 70 il və ondan sonrakı dövr bu məktəbin yaranmasına mane olmaqla yanaşı, kitab çapı, poliqrafiya, tərtibat sahəsində ləngimələrə gətirib çıxarıb. Lakin son illər bu sahəyə artan diqqət və qazanılan uğurlar göstərir ki, artıq Azərbaycan kitab işi məktəbinin öz ənənələri yaranmaqda və zənginləşməkdədir.
Oxucu xəritəsi
İki onillik bundan əvvəl təkcə paytaxtımızda fəaliyyət göstərən 150-yə yaxın kitab evi və mağazalarının sələfləri- İçərişəhər metrosunun yanında, Sabir bağı ilə üzbəüz yerləşən, Milli Elmlər Akademiyasına məxsus “Akademik kitab”, Nizami Gəncəvi adına muzeyin 1-ci mərtəbəsində yerləşən Milli Elmlər Akademiyasına məxsus “Akademiya kitab mərkəzi”, Qız Qalasının yanında yerləşən və ucuzluğuna görə lider olan kitab mağazası paytaxt sakinlərinə tanış ünvanlardır. 3-cü mikrorayonda “Dostum”, “Bukinist”, Fəvvarələr meydanındakı “Əli və Nino”, elə orada yerləşən Prezident Kitabxanası, Puşkin küçəsində “Əl Huda” kitab mağazalarını da bura əlavə edə bilərik. Bu adlarını çəkdiyimiz məkanlar Azərbaycan oxucusunun ölkə daxilində kitablar aləmi ilə tanışlıq xəritəsidir. Amma son illər görülən işlər sırasına bu xəritəni təkmilləşdirmək və genişləndirmək də daxildir. Yazıçılar Birliyinin yenicə fəaliyyətə başlamış “Buta” kitab mağazasını misal kimi göstərə bilərik. Yarandığı az bir vaxt ərzində öz ətrafına kifayət qədər böyük oxucu, yəni alıcı cəlb edə bilən mağaza həm də uğurlu layihələrlə çıxış etməkdədir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
