Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Naxçıvan Dövlət tarix muzeyinə yeni eksponatlar təqdim olunub

Naxçıvan Dövlət tarix muzeyinə yeni eksponatlar təqdim olunub

28.07.2009 [11:31]

XX əsrin əvvəllərində Azərbaycan tarixində əhəmiyyətli rol oynayan türk generalı Kazım Qarabəkir Paşanın nəvəsi İclal xanım Cankorel Naxçıvan Dövlət tarix muzeyinə babasına aid eksponatlar göndərib. Eksponatlar arasında 12 kitab, Kazım Qarabəkir Paşanın yazdığı “Vətən marşı” (notları ilə birlikdə), Türkiyənin İstanbul şəhərindəki Kazım Qarabəkir Vəqfinin döş nişanı və bukletləri var. İclal xanım hələ 2000-ci ildə Naxçıvanda olarkən muzeyi ziyarət edib, babasına aid guşə onda xoş təəssürat yaradıb.
Türk generalının Naxçıvan Dövlət tarix muzeyində guşəsinin yaradılması təsadüfi deyil. 1918-ci ilin mayında türk ordusunun hissələri ilə Naxçıvana gələn Kazım Qarabəkir Paşa yerli əhalini erməni zülmündən xilas edib. Naxçıvanın muxtariyyət statusu almasında böyük əhəmiyyətə malik olan tarixi Qars müqaviləsini 1921-ci il oktyabrın 13-də Türkiyə Cümhuriyyəti tərəfindən imzalayanlardan biri də məhz Kazım Qarabəkir Paşa olub.

Paylaş:
Baxılıb: 1306 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30