Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Tanınmış fotojurnalistin saytı yaradılıb

Tanınmış fotojurnalistin saytı yaradılıb

16.07.2009 [10:17]

Azərbaycan Jurnalistlər Birliyinin və “Azərbaycan Fotoqrafları” yaradıcılıq birliyinin üzvü, Həsən bəy Zərdabi adına mükafat laureatı, “Humay” mükafatının ilk laureatı, o cümlədən, “Qızıl Arqus” mükafatı, respublikamızda və xarici ölkələrdə keçirilən çoxsaylı fotosərgilərin mükafatçısı Fərid Xayrulinin internet saytı yaradılıb. www.khayrulin.az adlanan saytda xeyli maraqlı informasiya əldə etmək mümkündür. Belə ki, saytda ən müxtəlif mövzularda çəkilən fotoşəkillərin zəngin kolleksiyası toplanıb.
Fotojurnalist kimi hələ sovet dövründə formalaşmış F.Xayrulin ölkəmizin müstəqillik qazandığı ilk illərdə Azərbaycanda baş verən hadisələrin işıqlandırılmasında böyük aktivlik göstərib. Bundan başqa, xarici səfərləri əsnasında dünyanın bir sıra ölkələrində baş verən mühüm beynəlxalq hadisələrdən də fotoreportajlar hazırlayıb. Son dövrlərdə isə reklam yönümlü peşəkar foto çəkilişləri ilə məşğuldur. Avropanın ən yaxşı reklam fotoqraflarından biri sayılan İqor Saxarovun yanında təcrübə keçib.
ötən əsrin 90-cı illərində Dağlıq Qarabağda hərbi əməliyyatların ən qızğın dövründə qaynar nöqtələrdən çəkdiyi fotoşəkillər müxtəlif ölkələrin nüfuzlu informasiya agentlikləri vasitəsilə yayılaraq, ermənilərin Azərbaycana qarşı təcavüzü barədə operativ məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.

Paylaş:
Baxılıb: 1263 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30