Kitab təqdimatı keçirsəydim yazmağa vaxtım qalmazdı
03.06.2009 [15:15]
- Sizin kitab mağazasında çingiz Abdullayevin kitabı niyə yoxdur? - deyə soruşuram.
Bu, ezamiyyətdə olduğum şəhərlərdən birinin ən iri vağzalıdır və baş çəkdiyim kitab mağazasında həmyerlim, dünya şöhrətli yazıçı çingiz Abdullayevin kitabının olmaması məni heyrətə salıb. çünki peşəmlə əlaqədar olduğum bütün şəhərlərdə, istifadə etdiyim ictimai nəqliyyatda-avtobusda, təyyarədə sərnişinlərin əlində həmişə onun kitablarını görmüşəm. Kitab mağazalarının qarşısında həmişə çingiz Abdullayevin kitabları üçün adamların növbəyə durduğunun şahidi olmuşam.
Onun haqqında olan qeydlərimi Rusiya mətbuatına təqdim edəndə, yazılar çap olunanda da həmişə heyrətlə soruşublar: “Siz həqiqətənmi çingiz Abdullayevi canlı olaraq görmüsünüz?”.
Fəxrlə bildirmişəm ki, bəli! 1959-cu ildə doğma vətənimin paytaxtında- Bakı şəhərində anadan olan, bu gün adı dünyanın bədii qəhrəmanları ilə bir çəkilən, hər gün yüzlərlə oxucunun ünvanına suallarını, sevgisini daşıyan yazıçımızdan ağızdolusu danışmışam. Hüquqşünas təhsili alan, hüquq elmləri doktoru, Azərbaycan və rus dillərindən başqa ingilis, italyan, türk və farsca mükəmməl danışa bilən yazıçı haqqında məlumatlarım sonsuz maraqla qarşılanıb. SSRİ Müdafiə Nazirliyinin xətti ilə Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, İngiltərə və Əfqanıstanda işləyən, təhlükəli ezamiyyətlər dövründə iki dəfə yaralanan, ehtiyatda olan mayor çingiz Abdullayevin keçmiş Sovet İttifaqının mükafatları ilə təltif olunduğunu bəlkə heç öz vətənində də hamı bilmir. çünki yazıçının obrazı qələmə aldığı qəhrəmanların obrazları ilə qaynayıb-qarışıb. SSRİ-nin süqutundan sonra o, yazıçı kimi məşhurlaşıb. Hazırda Milli Hüquq Akademiyasının Fəxri doktoru, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi və Azərbaycan PEN-Klubunun vitse-prezidentidir. Məşhurluğunun dərəcəsinə görə dəyişmədən MDB dövlətlərinin ən oxunaqlı müəlliflərinin üçlüyünə daxildir. Azərbaycan Respublikasına qulluğa təyin edilmiş xarici diplomatlardan biri çingiz müəllimin kitablarını “Azərbaycanın milli ixracatı” adlandırıb. Diplomat həqiqətən haqlıdır. Onun kitablarının ümumi tirajı 20 milyon nüsxədən artıqdır. Müəllifin 120 kitabı müxtəlif dillərdə 11 ölkədə nəşr olunub. Onun Rusiyada 22, Ukraynada 18, Belarusda 5 cildlik seçilmiş əsərləri çapdan çıxıb. Yazıçı çingiz Abdullayevin “Mavi mələklər”, Yaramazların qanunu”, “Yaxşısı müqəddəs olmaqdır”, “Cəlladın kölgəsi”, “Qanın üç rəngi” romanları dünya dedektiv ədəbiyyatının qızıl fonduna daxildir. Yazıçının qəhrəmanları haqqında əfsanələr yaradılan və parodiyalar yazılan ümumiləşdirilmiş şəxslərdir. Onun romanlarını “intellektual dedektiv” adlandırırlar. Materiala dərindən bələd olması, xüsusi xidmət idarəsi əməkdaşlarının fəaliyyətini ətraflı təhlil etməsi, süjetin cəlbediciliyi, əla söz xəzinəsi - Azərbaycan yazıçısı çingiz Abdullayevin müvəffəqiyyətinin tərkib hissəsidir. Hərdən mənə elə gəlir ki, ehtiyata buraxılmış mayor çingiz Abdullayev ona görə yazıçı olub ki, öz keçmiş sədaqətli və unudulmuş, həlak olan və aldadılmış həmkarları haqqında bütün dünyaya danışsın. Bir məsələ də var ki, yazıçının öz həyatı da kitabları qədər maraqlıdır.
Onu “Müasir casusların ensiklopediyası” adlandırırlar. MDB dövlətlərindəki cinayət aləmi və bütün keçmiş Sovet İttifaqı ərazisindəki müharibələr haqqında heç kim onun qədər amansız açıqlıqla danışmayıb.
çingiz Abdullayevin kitablarının, demək olar ki, hamısı həqiqi materiallar əsasında yaranıb. Tanınmış nasiri 50 yaşının tamam olması münasibətilə Prezident İlham Əliyev məhz ədəbi həyatda fəal iştirakına görə “Şöhrət” ordeni ilə mükafatlandırdı. Respublika mətbuatı, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində çap olunan qəzetlər, vilayət KİV-lərində bir-birinin ardınca maraqlı materiallar işıq üzü gördü. Yazıçının yaradıcılığı haqqında geniş və dolğun məlumat verən bu yazılarda “Mavi mələklər”. “Dronqo haqqında romanlar”, “Xüsusi xidmət orqanları və əməkdaşları haqqında romanlar”, “Təkəlli qadın haqqında romanlar”, “Marina çernşeva haqqında roman”, “Kriminal dramlar”, “Tarixdən etüdlər” silsiləsindən otuzdan artıq kitabının adı sadalanan müəllifin həyatından da bəhs olunur. Əsərləri əsasında çəkilmiş səkkiz film xatırlanır, çoxlu sayda ədəbi mükafatları, o cümlədən, on bir beynəlxalq medala layiq görülməsindən danışılır. Moskvanın “Konqress” qəzeti yazır ki, Bakı şəhərində, kitab klubunun sərgi salonunda Beynəlxalq Ədəbiyyat Fondunun sədrlərindən biri ç.Abdullayevin “Kubinskoe kapriççio” kitabının Azərbaycan dilində təqdimat mərasimi olub. Mərasimdə Moskvanın məşhur “Eksmo” nəşriyyatı Azərbaycan yazıçısına öz Qızıl medalını təqdim edib. Yazıçı isə çıxış edərək bildirib ki, belə tədbir onun üçün nadir hadisədir: “Ona görə ki, mən kitab təqdimatı mərasimi keçirmirəm və əgər bunu etsəydim kitab yazmağa vaxtım qalmazdı. Mənim kitablarım hər ay 100 milyon tirajla çıxır. Amma medal mənimçün böyük şeydir...”Eksmo” nəşriyyatı mənim əsərlərimin 150 cildliyinin üzərində çap işini davam etdirir. İlk 30 cild hazırdır”
Digər paytaxt qəzetindəki bir səhifəlik yazı isə belə adlanır: “çingiz Abdullayev: “İstirahət etmək nə deməkdir bilmirəm”.
Jurnalist Mariya Smurovanın yazıçıya ünvanladığı 23 sualdan birində o soruşur:
- Sizin üçün istirahət nə deməkdir?
- İstirahət etmək nə deməkdir, bilmirəm. Məncə bunu tənbəl adamlar fikirləşiblər. Başa düşə bilmirəm, insan elə-belə uzana, heç nə etməyə. Mənimçün həmişə iki şey maraqlı olmuşdur - kitab oxumaq, səyahət etmək. Dünyanın ən yaxşı muzeylərində oluram, kitablar alıb oxuyuram. Bu, əsl həyat deməkdir. Mən hələ bir dəfə də olsun məzuniyyətdə olmamışam. Heç hazırlaşmıram da... Bu, mənimçün maraqlı deyildir...
Bu da Moskvada çıxan qəzetdir: “Persona”.
Bir səhifəlik məqalənin adı “Rokovıe Sovpadenie”dır. Qəzetin əməkdaşı Oksana Bulanovanın suallarını cavablandıran yazıçının Azərbaycan Yazıçılar Birliyindəki iş otağından-dünyanın hər yerindən oxucuların məktubları ünvanlanmış məkandan şəkli verilib: çingiz Abdullayev sınayıcı və nurlu baxışları ilə oxucularına baxır.
Digər bir yazı isə yazıçı ç.Abdullayevlə bu sətirlərin müəllifi, Murmansk vilayətinin “Komsomolets Zapolyarye - Vse Dlya Vas” həftəlik qəzetindəki müsahibəsi, yazıçının bu mətbuat orqanındakı şəklidir...
Harun-əl-Rəşid kimi o da səyahəti sevir. Amma onun tədqiqat obyekti bir şəhər yox, bütün Yer kürəsidir.
çingiz Abdullayevi Bağdadda və Tehranda, Nyu-Yorkda və Parisdə, Moskvada və Tbilisidə, Madriddə və İstanbulda, Buenos-Ayresdə və Pekində yaxşı tanıyır və sevirlər. Yazıçı bu şəhərlərə səfər edərkən oxucuları onunla əl görüşmək, kitablarına imza atdırmaq üçün dəstə ilə vağzallara toplaşırlar.
...Jurnalist peşəmlə əlaqədar Rusiya Federasiyasının bütün regionlarını gəzirəm, vağzallarda oluram və bura mənim ilk dəfə olduğum kiçik əyalət vağzalının ən gözəgəlimli kitab mağazasıdır:
- Sizin kitab mağazasında çingiz Abdullayevin kitabı niyə yoxdur? - deyə soruşuram.
- Elə indi qurtardı- cavabını alıram- Sifariş verdik, indi gətirəcəklər... Siz hələlik mağazamızın yeni kitabları ilə tanış olun.
Satıcı qızın gülümsər çöhrəsinə baxıb düşünürəm ki, yeni kitablarla tanışlıq da pis olmaz. Sərgi ilə tanışlıq cəmi bir neçə dəqiqə çəkir. Sonra... Geri dönürəm və qürur hissi ilə gülümsəyirəm: köşkün qarşısında uzun bir növbə var. Oxucular çingiz Abdullayevin kitabını almaq üçün növbə gözləyirlər.
Mən onlara yaxınlaşmaq, “çingiz Abdullayevlə şəxsən tanışam, onunla canlı olaraq görüşmüşəm, o, azərbaycanlıdır” deyə lovğalanmaq istəyirəm. Və belə uşaqcasına duyğularla mağazanı tərk edirəm.
Əlihüseyn ŞüKüROV,
Murmansk ümumrusiya Azərbaycan Konqresinin mətbuat katibi,
“Qızıl qələm” mükafatı laureatı
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
