Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə “Nikolya Şokolad Muzeyi”nin sərgisi açılıb
23.02.2016 [09:38]
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdirilir.
Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Sərginin açılışında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, son günlər Gəncə şəhərində əlamətdar hadisələr baş verir. Gəncə şəhəri təhsilin, mədəniyyətin beşiyidir və bu sərgidəki əsərlərin hər biri yüksək zövq və incəliklə işlənib.
“Nikolya Şokolad Muzeyi”nin müəllifi və yaradıcısı Nikolay Popov sərginin təşkilində Bakıdakı Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib və qeyd edib ki, hər dəfə Azərbaycana gələndə yeni əsərlər yaradır. Gəncədə təşkil olunan sərgi üçün isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi hazırlanıb: “Bu əsərləri Gəncə şəhərinin hədsiz müsbət aurasından, şəhərin tarixindən ilhamlanaraq yaratdım. Ümid edirəm ki, sərgiyə gələn minlərlə ziyarətçinin qəlbində uzun müddət sevinc hissi yaşayacaq”.
“Nikolya Şokolad Muzeyi”nin direktoru Leyn Andrey isə sərginin təşkilini 4000 illik tarixi olan Gəncəyə fantastik səyahət adlandırıb və bütün komandanın əməyi sayəsində belə bir ekspozisiyanın ziyarətçilərə təqdim olunduğunu bildirib.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 min nəfəri keçib. Sərgi 2015-ci ilin may-iyun aylarında isə Bakıda təqdim olunmuşdu.
Kütləsi 65 kiloqram olan “Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır.
Qeyd edək ki, Nikolay Popov sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də keçəcək.
Sərgi martın 26-dək Gəncədəki Heydər Əliyev Mərkəzində davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

