Vladimir Doroxin: Rusiya diplomatiyasının Azərbaycanda iş təcrübəsi maraqlı və ibrətamizdir
04.02.2016 [09:48]
Vladimir Doroxin: Rusiya diplomatiyasının Azərbaycanda iş təcrübəsi maraqlı və ibrətamizdirRusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya-Azərbaycan-2015” fotosərgisi açılıb. Sərgi hər il fevralın 10-da Rusiyada, habelə onun xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində qeyd edilən Diplomatik İşçilər Gününə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakıda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, informasiya agentliklərinin və mətbu nəşrlərin, Rusiyanın həmvətənlər təşkilatlarının rəhbərləri, aparıcı politoloqlar, ictimai birliklərin və gənclər təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin fotosərginin açılışı mərasimində çıxış edib. Səfir tədbirə toplaşanları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, Rusiyada diplomatiya işinin zəngin tarixi və çoxəsrlik ənənələri var. O, Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirərək deyib: “Diplomat günü Rusiyada peşə bayramıdır. Həmin gün biz keçmişi xatırlayır, gələcək haqqında düşünürük. Azərbaycanla qarşılıqlı münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz əməkdaşlıq etməyi və bir-birimizi anlamağı öyrənmişik”.
Vladimir Doroxin daha sonra vurğulayıb: “Azərbaycanla qarşılıqlı münasibətlər baxımından, işlərimiz yaxşı gedir. Rusiya diplomatiyası bütün bunlara Azərbaycan tərəfi ilə, Azərbaycan diplomatiyası ilə əməkdaşlıq sayəsində nail olub.
Ölkələrimizin qarşılıqlı münasibətlərinin prinsipləri hələ 2000-ci ildə iki lider - Heydər Əliyev və Vladimir Putin tərəfindən işlənib hazırlanıb. Zaman göstərdi ki, bu prinsiplər düzgündür. Biz əməkdaşlıq etməyi öyrəndik. Mənafelərimiz üst-üstə düşür və bu, böyük üstünlükdür. Azərbaycan istiqamətində baş verən bütün dəyişiklikləri müsbət qiymətləndirirəm”.
Sonra qonaqlar Rusiya diplomatiyasının formalaşma tarixini, onun bugünkü vəziyyətini və Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.
Ekspozisiyaya 2015-ci ildə Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisələri əks etdirən fotosənədlər daxil edilir. Burada Rusiya və Azərbaycan prezidentlərinin, hər iki ölkənin hökumət üzvlərinin görüşlərindən çəkilmiş fotoşəkillər, habelə mədəniyyət və təhsil sahələrində Rusiya-Azərbaycan əlaqələrini əks etdirən fotosənədlər yer alıb. Regionlararası və humanitar əməkdaşlıq məsələlərinə, Bakıda birinci Avropa Oyunlarına, “Rusiya və Azərbaycan Azarkeşlər Evi”nin işinə xüsusi diqqət yetirilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

