“Dostluq” ordeni SSRİ Xalq artisti Murad Kajlayevə təqdim edilib
19.01.2016 [10:10]
AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi “Dostluq” ordeni ilə təltif edib.
Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə ordeni Murad Kajlayevə təqdim etmək üçün ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Mahaçqala şəhərinə səfər edib.
Yubiley tədbirində ordeni Murad Kajlayevə təqdim edən səfir Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd olunur ki, Kajlayev ailəsi Azərbaycanın elm, təhsil, səhiyyə və mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Bakı ziyalılarının nəslinə məxsusdur. Murad Kajlayevin Dağıstanın müasir musiqi sənətinin formalaşması istiqamətində çoxşaxəli fəaliyyəti öz xalqına xidmətin bariz nümunəsidir və onun Mahaçqalada rəhbərlik etdiyi xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsi ənənələrinin qorunub saxlanılması kimi unikal missiyanı həyata keçirir.
Azərbaycan Respublikasının dövlət mükafatını qəbul edən M.Kajlayev onun fəaliyyətinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib. İlk əsərini məhz Bakıda peşəkar səhnədə ifa etdiyini xatırlayan M.Kajlayev hər zaman qəlbinin hökmü ilə musiqi yazdığını və bütün həyatı boyu öz Vətəninə xidmət etdiyini söyləyib.
Səfər çərçivəsində səfir Polad Bülbüloğlu M.Kajlayevin rəhbəri olduğu xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbində şagirdlər üçün yaradılmış şəraitlə tanış olub, ona məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

