Şərqin son fatehi Nadir şah Əfşar haqqında dəyərli kitab
19.12.2015 [09:12]
Müasir dünyamızda müxtəlif formatlarda, rəngarəng mövzularda bir-birindən nəfis tərtibatlı çoxsaylı kitablar çap olunur. Təbii ki, hər bir müəllif bu yola baş vurarkən ilk növbədə oxucu sevgisi qazanacağını düşünür. Təəssüflər olsun ki, çox vaxt gözlənilən nəticə özünü doğrultmur. Bəzən ən bahalı kitablar belə vərəqlərinin sayı qədər oxucu sayı qazana bilmir.
Haqqında söz açmaq istədiyim, böyük Azərbaycan hökmdarı, Şərqin son fatehi Nadir şah Əfşardan bəhs edən “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-publisistik kitab isə yuxarıdakı fikirlərdən çox-çox uzaqdır. Bu kitab nəinki oxucu marağına səbəb olub, həm də böyük bir zəhmətin bəhrəsi olaraq xalqımızın tarixi salnaməsinə dəyərli bir töhfə kimi qiymətləndirilib.
İstefada olan polis polkovniki, professor Cahangir Hüseyn Əfşarın böyük zəhmət hesabına ərsəyə gətirdiyi bu kitab Nadir şah Əfşarın anadan olmasının 325 və qurduğu dövlətin 280 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Türkiyədə “Azerbaycan Nadir Afşar devleti” adı ilə böyük tirajla çap edilən kitabda müəllif Nadir şahın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı müharibələr, nəhayət, şahlıq taxtına çıxması və s. əməli fəaliyyətini çoxsaylı tarixi faktlar əsasında araşdıraraq oxuculara çatdırıb. Müəllif əsərdə Azərbaycan Əfşarlar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın şəxsi həyatını, bir dövlət adamı olaraq xarici və daxili siyasətini, sərkərdəlik məharətini, hərbi yürüşlərini və dövlət quruculuğu istiqamətində həyata keçirdiyi bütün fəaliyyətlərini qələmə alıb. Əsərdə azərbaycançılıq ideyası əksini tapıb, həmçinin türk dövlətlərinin 4 minillik tarixinə ekskursiya edilib.
Kitabın bir üstünlüyü də türk dilində çap olunmasıdır. Bu, bir daha əsərə olan marağı artıracaq və onun daha geniş coğrafiyada yayılmasına, oxunmasına xidmət edəcək.
Kitabın xüsusi cəhəti ondadır ki, müəllif hadisələri yalnız hansısa uzaq bir tarixi proses kimi təqdim etmir, həm də onu yaşayır. Hətta onu nəslinin tarixi kimi verir. Kitabda maraqlı, maraqlı olduğu qədər də oxunaqlı, unutmağa haqqımız olmayan bir tarix var. Müəllif Nadir şahla əlaqədar yazılmış bütün mənbələrə baş vurub, böyük təhlillər aparıb.
C.H.Əfşar kitabın yazılma səbəbləri barədə fikirlərini bölüşərkən deyib: “Bu kitabı ərsəyə gətirməkdə məqsəd Azərbaycanın tarixi şəxsiyyətlərini həm köhnə, həm də yeni nəslə tanıtmaqdır. Nadir şahla bağlı araşdırma apardıqca bir azərbaycanlı kimi fəxr etdim. Araşdırmalar zamanı türklərin 4 minillik tarixi ilə yaxından tanış oldum. Xalqımızın dünyada fatehlik etməsini, hansı qəhrəmanlıqlar göstərmələrini daha yaxından öyrəndim. Bir daha bu qənaətə gəldim ki, Nadir şah gücünə və istedadına güvənən, təəssübkeş bir şəxsiyyət olub. O, özündən əvvəlki türkdilli şahların hakimiyyətinə yaxşı bələd olduğundan cəsarəti və iradəsi sayəsində ululardan miras qalmış ərazilərin hamısını geri qaytara bildi. Nəticədə doğma Azərbaycan da Nadirin yaratdığı nəhəng dövlətin tərkibinə daxil olmaqla onun nüvəsini təşkil etdi”.
Belə bir məsuliyyətli işin öhdəsindən gələn Cahangir Hüseyn Əfşar ixtisasca hüquqşünas olmasına baxmayaraq, görünür, Azərbaycan tarixini də çox yaxşı bilir. Hətta uşaqlıq illərindən Azərbaycan tarixinə xüsusi həvəsi ilə seçilən müəllif deyib: “Ümumilikdə, tarixə maraq nəsil şəcərəmizin kökündən qaynaqlanır. Hələ keçmiş sovet imperiyası dövründə məlum idi ki, biz Nadir Əfşar nəslinin törəmələriyik. Bizim babalarımız o dövrdə Avarxan ərazisinə qaçqın düşmüşdü. Rusların Acarıstana hücumu nəticəsində Xınna ərazisinə köçüb gəlmiş və orada yaşamışdılar”.
Kitab üzərində işləyərkən müəllif əsas tarixi məxəzlərə baş vurub, müxtəlif dillərdə Nadir şahla bağlı nə qədər ədəbiyyat varsa hamısını əldə edib. Nəhayət, bu qərara gəlib ki, dünya tarixində ən məğlubedilməz sərkərdələrdən biri olan Nadir şah Əfşarın şəxsiyyətinə uyğun əsər ortaya qoymalıdır. Qarşısına qoyduğu məqsədi reallaşdırmaq üçün gecəsini gündüzünə qatıb. Bununla da əslində Azərbaycan dövlətinin, xalqının tarixinin bir parçasını yazmağa müvəffəq olub. Müəllif bununla bir daha sübut edib ki, Nadir şah sıradan bir tarixi şəxsiyyət olmayıb. Hətta Nadir şahın öz dövründə ingilislər, əfqanlar, farslar, monqollar, şotlandlar, irlandlar onu öz adlarına çıxmaq istəyiblər. Lakin əsərdə bir daha sübut olunur ki, Nadir şah Azərbaycan oğludur. O deyib: “Nadir şahın tarixini açmaq, onun əsl, həqiqi qəhrəmanlığını göstərmək vacib şərtdir. Nəzərə almaq lazımdır ki, onun qurduğu Əfşarlar dövlətinin ərazisi 6 milyon kvadratkilometrə bərabər olub. Onun qurduğu dövlətin 2015-2016-cı illərdə 280 illiyi tamam olur”.
Kitaba yazdığı “Ön söz”də Türkiyənin Bəylik Düzü Bələdiyyəsinin sədri Əkrəm İmanoğlu müəlliflə tanışlığından, kitabın əhəmiyyətindən, tarixin öyrənilməsi baxımdan gənclərə verə biləcəyi faydadan danışıb. O yazıb: “Nadir şahın dünyagörüşünü anlamaq baxımından kitabı oxumaq mənə xüsusi zövq verdi. Əsəri oxuyarkən anlayırsan ki, Nadir şah türk birliyi yaratmaq istəyib. Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəyə gəldiyi bu günümüzdə belə bir ibrət götürüləcək tarixi hadisələri həyəcan keçirmədən oxumaq mümkün deyil”.
Cahangir Hüseyn Əfşarın qələmə aldığı bu dəyərli əsər Azərbaycan tarixinin bir parçası olan Nadir şah dövrünə işıq salmaqla yanaşı, onun böyük şəxsiyyəti, vətənsevərliyi barədə əsl həqiqətləri ortaya qoyur, həm də gələcək nəsillərə bu tarixi sevdirmək və öyrətmək missiyasını yerinə yetirmiş olur.
Kitabda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlərdən geniş istifadə olunub.
İnanırıq ki, “Azərbaycan Nadir Əfşar dövləti” adlı elmi-publisistik kitab bu tarixi dövrü araşdırmaq istəyən neçə-neçə gənc tarixçinin müraciət edəcəyi ən dəyərli məxəzlərdən olacaq və zaman keçdikcə öz aktuallığını itirməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

