Moskvadakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin beş illiyi qeyd edilib
01.05.2014 [09:05]
Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib. Mərkəz 2009-cu ildə Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universiteti arasında əməkdaşlıq haqqında sazişə əsasən yaradılıb.
MDLU-nun rektoru, akademik, Ümumrusiya Azərbaycan Konqresinin Heydər Əliyev adına mükafatının laureatı İrina Xaleyeva tədbiri açaraq bildirib ki, Mərkəzin yaradılması Bakı Slavyan Universiteti ilə Moskva Dövlət Linqvistika Universiteti arasında uğurlu əməkdaşlığın, BSU-nun keçmiş rektoru, professor Kamal Abdullayevin hərtərəfli dəstəyinin nəticəsidir. O deyib: “Azərbaycan xalqının zəngin tarixi və mədəniyyəti, müasir Azərbaycanın sürətli inkişafı, Rusiya və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və bir çox digər amillər Azərbaycana, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsinə marağın getdikcə artmasına səbəb olur”.
Rektor, həmçinin Mərkəzin rəhbəri, BSU-nun professoru Bella Musayevanın xidmətlərini xüsusi vurğulayıb.
Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov qeyd edib ki, MDLU-da Mərkəzin yaradılması və onun uğurlu fəaliyyəti MDB-də və Avropanın digər ölkələrində də bu cür mərkəzlərin açılmasına təkan verib. T.Cəfərov BSU-nun rektoru Asif Hacıyevin təbrik məktubunu oxuyub.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun təbrik məktubunu təqdim edib. Məktubda deyilir: “İngilis-Azərbaycan dilləri bölməsinin tərcümə fakültəsinin məzunları üçün Nizami, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyli və Qara Qarayev, Səttar Bəhlulzadə və Tahir Salahov kimi dahi Azərbaycan sənətkarlarının adları Ensiklopediyadan sətirlər deyildir. Bu adlar poetik misralar, unudulmaz musiqi və parlaq palitra ilə assosiasiya olunur. İndi Azərbaycan onlar üçün təkcə Xəzərin sahilində yerləşən ərazi deyil, əsil dostların və həmfikirlərin yaşadığı ölkədir”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd edib ki, Mərkəz bu ilin mayında 10 illik yubileyini qeyd edəcək Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyi Rusiya və Azərbaycan gənclərinin dostluğunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətə önəm verir. T.Əhmədova bildirib ki, Azərbaycan xalqı milli sərvəti olan Azərbaycan dilinə böyük qayğı ilə yanaşır. Azərbaycan dövləti rus dilinin qorunub saxlanmasına da xüsusi diqqət yetirir. Ölkəmizdə Moskva Dövlət Universitetinin filialı, Bakı Slavyan Universiteti, Səməd Vurğun adına Rus Dram Teatrı və digər müəssisələr uğurla fəaliyyət göstərir.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) icraçı direktoru Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təbriklərini çatdırıb. Mərkəzə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan milli geyimi hədiyyə edilib.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev Rusiyada Azərbaycan dili və mədəniyyətinin təbliğində Mərkəzin önəmli rolunu vurğulayıb və ÜAK-ın prezidenti Məmməd Əliyevin təbriklərini çatdırıb. İ.Hacıyev qeyd edib ki, ÜAK-ın nəzdində açılmış “Bazar günü” məktəbində Azərbaycan və rus dillərinin tədrisi həyata keçirilir.
Tədbirdə Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai təşkilatlarının nümayəndələri çıxış ediblər.
Rəsmi hissədən sonra MDLU-nun tələbələrinin ifasında Azərbaycan şairlərinin şeirləri səsləndirilib, Azərbaycan rəqsləri nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20

