Bu gün Su Çərşənbəsidir
25.02.2014 [09:48]
Yurdumuza Bahar gəlir-xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşır
AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev əməkdaşımızla söhbətində bu il Azərbaycan ərazisində baharın gəlişinin martın 20-sində, Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində baş verəcəyini bildirib. Onun sözlərinə görə, həmin gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan etibarən, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edəcək. Beləliklə, fevralın 25-də ölkəmizdə, eləcə də bütün Türk dünyasında baharın müjdəçisi olan İlk Çərşənbə, martın 18-də isə son Çərşənbə qeyd olunacaq.
Təxminən 23 gündən sonra Azərbaycan xalqı özünün qədim bayramlarından biri olan Novruzu qeyd edəcək. Novruz yeganə bayramdır ki, insanlar onun müjdəsinə hələ bir ay qalmış çıxır və bayram hazırlıqlarına başlayırlar. Və bu heç də təsadüfi deyil. Mərhum folklorşünas alim, professor Əzizə Cəfərzadə öz araşdırmalarında qeyd edir ki, Novruz bayramı qədim türklərlə yanaşı, ərəblər, farslar, hindilər və digər Yaxın Şərq və Orta Asiya bölgəsində yaşayan xalqların müştərək bayramıdır. Professor yazır ki, eramızdan 487 il əvvəl bu adları çəkilən etnosların mühitində heç bir tarixi hadisə və hansısa tarixi, yaxud dini şəxsiyyətin mövlud günü ilə bağlı olmayan yeni bir təqvim yaradılıb. Alimlər bu təqvimi yaradanda, ilk gün kimi, Allahın hökmü ilə qışın getdiyi, baharın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi günü götürüblər. Və təsadüfən həmin gün düşüb çərşənbə gününə. Elə o vaxtdan həmin xalqlar çərşənbə gününü, bir növ, müqəddəs gün kimi qəbul ediblər.
Qədim türklərin inancına görə isə ulu Tanrı insanı dörd ünsürdən - su, od, külək və torpaqdan, özü də, məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, sonra su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb, daha sonra günəşin altında qurudulub, sonra isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib. Rəvayətlərə görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə - Novruz bayramına təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb.
İnanclara görə, insan və kainat 4 ünsürdən - su, od, külək və torpaqdan yarandığı üçün hər ilin əvvəlinə dörd çərşənbə gətirilib və bu çərşənbələrin sonuncusu gecə-gündüzün bərabərləşməsindən - Novruz bayramından əvvəl qeyd olunub. Beləliklə, Novruz çərşənbələri yaranıb. Və hər çərşənbəyə də müvafiq olaraq, su, od, külək və torpaq çərşənbəsi adını veriblər.
Yazılı folklor nümunələrimizdə göstərilir ki, Su Çərşənbəsində qızlar əllərinə, ayaqlarına xına yaxar, bəzənib düzənərlər. Məxsusi olaraq, qabaqcadan bayram üçün aldıqları təzə paltarlarını geyinər, səhər tezdən bəzəkli dolça, güyüm, sənəklərini çiyinlərinə alıb bulaq başına gedərlər. Qızlar bulaq başında axar suyun üzərindən tullanarlar. Bu zaman azar-bezarlarının suya tökülməsini-su ilə yuyulub getməsini istərlər. Həmçinin, Su Çərşənbəsi günü gənc qızlar ətəklərinə xırda daşlar yığar, suyun üstündən tullanan zaman daşları suya atmaqla, xəstəliklərinin suda məlhəm tapmasını, arzularının reallaşmasını dilərlər. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilir. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirirlər. Adamlar elə buradaca ilboyu günah işlətməyəcəklərinə, ancaq və ancaq yaxşılıq edəcəklərinə and içirlər. Mərasim suyun başına dövrə vuran adamların nəğmə oxuması ilə başa çatır.
Qız ürəyi kimi təmiz, büllur kimi saf, hava kimi şəffaf, buz kimi sərin suyun rəmzi olan Su Çərşənbəsi axşamı insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyardılar. Bəzi yazılı mənbələrdə Su Çərşənbəsinə, həm də “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Növbəti çərşənbələr martın 4-ü və 11-i, axır çərşənbə isə martın 18-də qeyd olunacaq.
Çərşənbələriniz, eləcə də qarşıdan gələn Novruz Bayramınız mübarək. Qoy bu Bayram ölkəmizə bolluq, firavanlıq, sülh və əmin-amanlıq gətirsin.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

