Qaradan artıq rəng - Suad Qara!
09.12.2025 [10:34]
Rənglər çox olduğu qədər onların insanlara aşıladığı hisslər də fərqlidir. Ümimi olaraq isə xoş, nikbin və pis, bədbin duyğular oyadan rənglərdən bəhs etmək mümkündür. Tarixən bütün yazıçıların, şairlərin, filosofların əsərlərində qara rəng məhz naqis, arzuolunmaz cəhətlərin və keyfiyyətlərin simvolu kimi işlədilib və belə də qəbul olunub. İnsan mentalitetində oturuşub ki, bütün şər qüvvələr məhz gecənin zülmət qaranlığında fəallaşırlar və qorxu, həyəcan yaradan işlərlə məşğul olurlar. Yəni pislik, ziyankarlıq üçün qaradan o tərəfəsi yoxdur. Bəs adını rejissor, ssenarist qoyan Suad Qaranı hansı rənglər kateqoriyasına aid etmək mümkündür? Onun son “yaradıcılığı” belə bir qənaəti ifadə etməyə əsas verir: Qaradan artıq qara rəng elə Suad Qaradır. Suadın soyadının “Qara” olması da xüsusi məna daşıyan bir mistikadır...
Həqiqətən də, onun ssenari müəllifi və rejissoru olduğu “Məhsəti” filmi barədə ancaq qara rəngin “dilindən” və “fəlsəfəsindən” çıxış etməklə mülahizələr irəli sürmək mümkündür. Bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Məsələnin məğzi aydın olsun deyə bildirək ki, ekran işində klassik ədəbi-mədəni irsimizdə öz yaradıcılığı ilə xüsusi yer tutan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik çərçivələrə etinasız yanaşılıb.
Xatırladaq ki, Məhsəti Gəncəvinin həyatı və yaradıcılığı barədə məlumatlar elə də çox deyil. Ancaq məhdud məlumatlar və yaradıcılığından bizə gəlib çatan nümunələr onun parlaq obrazı barədə konkret təsəvvür yaradır. Əsl adı Mənicə (Mənigə, Munijə) olan şairəyə “Məhsəti” təxəllüsünü Səlcuq hökmdarı Sultan Səncərin verdiyi bildirilir. Rəvayətə görə, Mənicənin qəfildən yağan qar barədə bədahətdən söylədiyi rübai Sultanın diqqətindən yayınmır. Rübaidə Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu ifadə edir. Sultan isə rübainin ifadə gözəlliyini və məzmun zənginliyini nəzərə almaqla belə deyir: “To, meh-həsti” (Sən hamıdan böyüksən)”. Bəzi mənbələr isə “Məhsəti” təxəllüsünü “Böyük xanım” və yaxud “Ay xanım” (“Mah” - ay, “Səti” - xanım” yozumu ilə təqdim edirlər. Bir sıra hallarda isə şairənin hərtərəfli biliklərə malik olması nəzərə alınmaqla onu “Məhsəti Dəbir” adlandırıblar. Məhsəti həmçinin Azərbaycanın ilk qadın şahmatçısı, ilk qadın musiqiçisi və ilk qadın bəstəkarı hesab olunur. O, muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı. Məhsəti barəsində daha bir müsbət ştrix isə ondan ibarətdir ki, Azərbaycanın xalq rəssamı Güllü Mustafayeva şairənin hamıya tanış olan məşhur rəsmini çəkərək onu xoş ovqat oyadan şair və gözəl Azərbaycan xanımı obrazını canlandırıb. Bütövlükdə, indiyədək Məhsəti barəsində çoxsaylı bədii nümunələr yaradılıb və həmişə də şairə oxuculara müsbət yöndən təqdim olunub.
Və birdən Suad Qaranın “Məhsəti” filmi meydana çıxıb. Bu film isə Məhsətinin parlaq obrazının üstündən sanki qara bir xətt çəkir. Azərbaycan oxucusunun bir sıra nəsillərinin mütaliə etdiyi, dəyərli fikirlər, nəciblik, qadın gözəlliyi kimi duyğular əxz etdiyi Məhsəti Gəncəvi eybəcər, mental dəyərlərimizlə, əxlaq kodeksimizlə bir araya sığmayan, ikrah yaradan bir obrazda təqdim olunur. Bizim qənaətimiz belədir ki, filmdə əlinə siqaret, qədəh verilən, xəyalından əxlaqsızlıq, eyş-işrət məclisləri keçən qadın Məhsətinin yox, elə müəllif Suad Qaranınn prototipidir. Adətən, hər bir yaradıcı şəxs əsərlərində real faktlarla yanaşı, həm də özünü təqdim edir. “Məhsəti” filmində isə nə tarix var, nə də Şərqin böyük şairəsinin həyatı. Film Suad Qaranın keçirdiyi həyat tərzinin, əhatə olunduğu mühitin, yaşantılarının, hisslərinin və qurduğu xəyalların təqdimatıdır. Suat Qaranın keçirdiyi həyat tərzi barədə xarici mediada çox yazılıb. O, gecə klublarının daimi iştirakçısı, çoxsaylı porno və narko partilərin təşkilatçısı qismində təqdim olunur. Təbii ki, belələri həm də onda maraqlıdırlar ki, keçirdikləri yüngül həyat tərzinin çevrəsi daha da genişlənsin. İkrah doğuran haldır ki, bundan ötrü o, görkəmli şairənin kölgəsinə sığınmağa çalışıb. Ancaq alınmayıb. Soyadı “Qara” olduğu kimi, çəkdiyi film də onun üzünü qara edib. Bu filmin ən geniş auditoriyası elə onun öz çevrəsi ola bilər...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

