Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub
23.09.2025 [13:22]
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.
Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciəti təqdim edilib. O bildirib ki, Nəsimi irsi insanlığın mədəni və mənəvi inkişafında əvəzsiz rol oynayır. ICESCO-nun Baş direktoru qeyd edib ki, bu irsi yad etməklə cəsarət, sorğu və gözəllik ənənəsi canlanır, insanlığın yolu işıqlandırılır. Həmçinin o, Nəsimi irsinin qəlbləri və ağlı işığa, birliyə, sülhə və rifaha yönəltdiyini xüsusilə vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalını Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir kimi dəyərləndirdiyini deyib: “Nəsimi yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərib, ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb. Onun əsərləri humanist prinsipləri və yüksək estetik dəyərləri bir araya gətirərək dünya mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərdiyini diqqətə çatdırıb.
Akademik əlavə edib ki, Nəsimi irsi ədəbiyyatın inkişafında, mədəniyyətlərarası dialoqun formalaşmasında və insan düşüncəsinin zənginləşməsində böyük rol oynayıb. Onun əsərləri insanın mənəvi yüksəlişinə, azad düşüncəyə və ədalət prinsiplərinə xidmət edən bir irs kimi hələ də aktualdır və gənc nəsillərə ilham verir.
Daha sonra beynəlxalq tədbirin iştirakçıları ilə fəxri qonaqlar birgə foto çəkdiriblər.
Forum işini panel sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival zəngin proqramı ilə diqqəti cəlb edir. Festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.
Festivalın ikinci günü Şamaxıda - Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında “Multidisiplinar İncəsənət Festivalı”, bədii konsert proqramı təqdim ediləcək.
Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi festivalının tərəfdaşı olub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

