Arxeoloji tədqiqatlar: ənənəvi yanaşmalar, yeni çağırışlar
11.06.2025 [08:58]
Əvvəli ötən sayımızda
Mədəni irsə münasibətin Heydər Əliyev nümunəsi
Ulu Öndər Heydər Əliyevin tariximizin qədim dövrlərini özündə yaşadan arxeoloji abidələrə olan həssas və qayğıkeş münasibəti nəsillərə örnək olası bir nümunədir. Təsəvvür edin, 1969-cu ildə hakimiyyətə gəlişindən az sonra o, Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası rəhbərliyinə respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin uçotunun aparılması barədə tapşırıq verib. Bu iş həyata keçirilərkən çoxsaylı yeni abidələrin qeydiyyata alınması ilə yanaşı, o da məlum olub ki, əvvəllər dövlət qeydiyyatında olan bir sıra nadir maddi mədəniyyət nümunələrimiz müəmmalı şəkildə yoxa çıxıb. Neçə-neçə abidələrin təyinatını və mənsubiyyətini bildirən kitabələr və simvollar sındırılıb, dağıdılıb və ya onların “erməniləşdirilməsinə” cəhdlər olunub. Sən demə, sovet təbliğat maşını hər yerdə xalqlar dostluğu hissi təlqin etdiyi bir vaxtda ermənilər əl altından Azərbaycan abidələri hesabına özlərinə saxta tarix “yaratmaqla” məşğul imişlər.
1977-ci ilin sonlarında Mingəçevirdən Qəbələ RLS-ə çəkilən yüksək gərginlikli elektrik xətti ilkin layihəyə görə qədim Azərbaycan dövləti Albaniyanın ilkin paytaxtı olan Qəbələ şəhəri qalıqlarının olduğu ərazidən keçməli imiş. İnşaatçılar bu işi görərkən arxeoloq alimlər etiraz ediblər. Vəziyyətdən xəbər tutan Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin tapşırığı ilə məsələni hərtərəfli araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun rəhbərliyi ilə Qəbələyə xüsusi dövlət komissiyası göndərilib. Komissiyanın hazırladığı 13 yanvar 1978-ci il tarixli arayış bir həftə sonra Mərkəzi Komitənin büro iclasının müzakirəsinə çıxarılıb və cavabdeh şəxslərə vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri səhlənkarlığa, qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi partiya cəzası verilib. Yüksək gərginlikli xətt dərhal abidə ərazisindən kənarlaşdırılıb, qədim paytaxt şəhərinin sel sularının dağıdıcı təsirindən qorunması, orada tədqiqatların intensivləşdirilməsi və abidənin Dövlət Qoruğu elan olunması istiqamətində ciddi addımlar atılıb.
Tarixi-mədəni irsə həssas və qayğıkeş münasibətin İlham Əliyev nümunəsi
65 il öncə görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun kəşf etmiş olduğu Azıx mağara düşərgəsi təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda deyil, çox-çox daha geniş coğrafi məkanda bu gün də dünyanın ən qədim insan düşərgələindən biri hesab olunur. Odur ki, dünyanın istənilən ölkəsində qədim daş dövrü abidələrindən bəhs edən alimlər istəməsələr belə Azıx mağarasına və orada qeydə alınan Quruçay arxeoloji mədəniyyətinə istinad etmədən ötüşə bilmirlər.
Milyon illər ərzində baş verən ən qorxulu təbiət hadisələri - zəlzələlər, sel va daşqınlar, yer sürüşmələri, miqrasiya və müharibələrə tab gətirən bu qədim insan məskəni işğal altında olduğu 30 il ərzində ermənilərin qeyri-insani və vandal davranışlarına da tab gətirmiş oldu. 44 günlük müharibədən, torpaqlarımız işğaldan azad edildikdən sonra Azıx mağarasını ilk ziyarət edən məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu. Cənab Prezident 2021-ci il mart ayının 15-də ailə üzvləri ilə birlikdə Azıxda oldu. Təsəvvür edirsinizmi, bu dünya əhəmiyyətli nadir abidə kəşf olunduğu vaxtdan ötən 61 il ərzində Azərbaycanın yüksək çinli rəsmilərindən demək olar ki, heç birisi orada olmamışdı. Professor Məmmədli Hüseynovun rəhbərliyi ilə tanınmış alimlərdən ibarət müəlliflər heyətinin Azıxda kompleks tədqiqatların nəticələrinə aid hələ 1993-cü ildə hazır olan “Azıx - SSRİ ərazisində ən qədim paleolit düşərgəsi” adlı çox sanballı tədqiqat əsəri 30 ilə yaxın bir müddətdə AMEA-nın seyflərində yataraq nəşr edilmədi. Hansı ki, Cənab Prezidentin Azıxı ziyarətindən dərhal sonra o kitab da nəşr edilərək Avropanın elm mərkəzlərinədək yayıldı.
Əlbəttə ki, cənab Prezidentin işğaldan yenicə azad olunan və ətrafı hələ heç də tam olaraq minalardan təmizlənməmiş Azıx düşərgəsini ziyarət etməsi, həm də ailə üzvləri ilə birlikdə ziyarət etməsi əslində bütün səviyyələrdən olan dövlət və hökumət rəsmləri üçün həyat və fəaliyyət dərsi olmağa layiq bir nümunədir.
Tarixi mədəni irsə həssas və qayğıkeş münasibətdən söz düşmüşən özümün şəxsən çöl tədqiqatları zamanı rastlaşdığım bəzi konkret hallara da toxunmaq istərdim. Məsələn, 2008-2009-cu il axtarışları zamanı Kürdəmir rayonu ərazisindəki XII əsrə aid “Şəhərgah” şəhər yerində çox möhtəşəm bir hamam-sağlamlıq kompleksi üzə çıxdı. Təəssüflər olsun ki, ərazidəki nadir tapıntılarla bağlı rayon ictimaiyyətini məlumatlandırmaq məqsidlə ən azı ziyalıların iştirak etməli olduğu kiçik bir toplantı keçirmək barədəki təklifimiz o zamankı icra başçısı Fəxrəddin Məlikov tərəfindən isti qarşılanmadı. 2017-ci ildə Şamaxı rayonunun sabiq icra başçısı Asif Ağayev bəzi korrupsioner elementlərin fitvası ilə Dəmirçi nekropolunda başladığımız son dərəcə uğurlu tədqiqatların yarımçıq saxlanılmasına bais oldu. Rayonun yeni İcra başçısı Tahir Məmmədov isə Pir Ömər Sultan ziyarətgahında və Kələxana türbələr kompleksində tədqiqatlar zamanı ekspedisiyanın səmərəli işləməsi üçün heç nəyi əsirgəmədi. Amma 2020-2023-cü illərdə Basqalda işlədiyimiz zaman İsmayıllı rayon rəsmilərindən heç kəs tədqiqat yerinə ayaq basmadı. Tədqiqatların gedişi zamanı rastlaşdığımız bəzi problemlərlə bağlı rayon rəhbərliyinə müraciətlərimizə reaksiya belə olmadı. Yeni aşkar olunan tapıntılar barədə mətbuat və televiziyalarda yer alan məlumatlar da sanki rayon rəsmilərindən heç kəsin marağına səbəb olmadı. Əfsuslar olsun ki, arxeoloq alimlər rayonlarda işləyərkən bu günün özündə də belə hallarla tez-tez rastlaşırlar.
Minnətdarlıq hissi ilə onu da qeyd edim ki, Azərbaycan dövləti ölkə ərazisindəki abidələrin arxeoloji cəhətdən öyrənilməsi, onların qorunması və təbliği üçün nə lazımdırsa hamısını edib və bu gün də etməkdədir. Bu gün ali məktəblərimizin tarix fakültələrində arxeologiya müstəqil fənn kimi tədris olunur. Bakı Dövlət Universitetində arxeologiya kafedrası, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində isə Arxeologiya və Antropologiya İnstitutu fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Antropologiya İnstitutu nəzdindəki arxeologiya muzeyləri, habelə respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və fondlarında yüz minlərlə arxeoloji material mühafizə və nümayiş olunmaqdadır. Hər il arxeologiya ixtisası üzrə neçə-neçə istedadlı gənc doktorantura və dissertanturaya qəbul olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq dissertasiya şuraları fəaliyyət göstərir. Hansı ki, hər il həmin şuralar vasitəsi ilə neçə-neçə elm adamı öz dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır.
Diqqətəlayiq haldır ki, ölkəmizdə hər il təqribən 40-a yaxın ekspedisiya ayrı-ayrı bölgələrdə Qədim Daş dövründən tutmuş Son Orta əsrlərədək olan abidələrdə arxeoloji tədqiqat işləri aparır. Son illər arxeoloji ekspedisiyaların maddi-texniki şəraiti və maliyyə təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ekspedisiyaların səmərəli işlənməsi üçün hər il dövlət büdcəsindən çox sanballı məbləğdə vəsait ayrılır.
Təsadüfi tapıntılar
Çox yerdə və həm də bir çox hallarda ilkin arxeoloji tapıntılar planlı və məqsədli elmi axtarışlar nəticəsində deyil, sadəcə təsadüflər nəticəsində üzə çıxır. Burada birinci olaraq təbii amillər qeyd olunmalıdır. Yer sürüşmələri, çayların terrasları və sel sularının əmələ gətirdiyi yarğanlar hansısa yerdə qədim mədəniyyət izlərinin olduğundan xəbər verən ünvanlardır. Təsadüfi tapıntıların üzə çıxması baxımından ikinci planda antropogen təsirlər qeyd olunmalıdır. Sahələr şumlanarkən, yollar və kanallar çəkilərkən, tikintilər üçün bünövrə yeri və ya xəndəklər qazılarkən də qədim mədəniyyət izlərinə kifayət qədər tez-tez təsadüf olunur.
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü Arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, əməkdar jurnalist
Xəbər lenti
Hamısına bax
Elm
10 İyul 14:02

YAP xəbərləri
10 İyul 12:48

Elm
10 İyul 12:24

Elanlar
10 İyul 12:22

Dünya
10 İyul 12:21

Siyasət
10 İyul 11:49

Gündəm
10 İyul 11:49

Elm
10 İyul 11:35

Elm
10 İyul 11:34

Elm
10 İyul 11:33

YAP xəbərləri
10 İyul 11:26

İqtisadiyyat
10 İyul 11:21

Sosial
10 İyul 11:12

Dünya
10 İyul 11:10

İqtisadiyyat
10 İyul 11:00

Gündəm
10 İyul 10:54

İqtisadiyyat
10 İyul 10:42

Siyasət
10 İyul 10:28

YAP xəbərləri
10 İyul 10:26

İqtisadiyyat
10 İyul 10:09

Analitik
10 İyul 09:57

Ədəbiyyat
10 İyul 09:45

Analitik
10 İyul 09:31

Analitik
10 İyul 09:17

Analitik
10 İyul 08:57

MEDİA
10 İyul 08:33

Sosial
10 İyul 08:11

Ədəbiyyat
10 İyul 08:05

Müsahibə
10 İyul 07:36

Dünya
09 İyul 23:41

Dünya
09 İyul 23:25

Dünya
09 İyul 23:16

Dünya
09 İyul 22:51

YAP xəbərləri
09 İyul 22:36

Dünya
09 İyul 22:17

Dünya
09 İyul 21:54

YAP xəbərləri
09 İyul 21:32

Dünya
09 İyul 21:19

Dünya
09 İyul 20:45

YAP xəbərləri
09 İyul 20:26

Dünya
09 İyul 20:12

İqtisadiyyat
09 İyul 19:52

YAP xəbərləri
09 İyul 19:28

Dünya
09 İyul 19:11

Gündəm
09 İyul 19:02

Dünya
09 İyul 18:43

İqtisadiyyat
09 İyul 18:39

YAP xəbərləri
09 İyul 18:17

Sosial
09 İyul 17:54

YAP xəbərləri
09 İyul 17:36

İdman
09 İyul 17:10

Hadisə
09 İyul 16:58

YAP xəbərləri
09 İyul 16:43

YAP xəbərləri
09 İyul 16:15

İdman
09 İyul 16:00

Dünya
09 İyul 15:59

Sosial
09 İyul 15:27

YAP xəbərləri
09 İyul 15:20

Gündəm
09 İyul 14:59

YAP xəbərləri
09 İyul 14:56

Sosial
09 İyul 14:34

Elanlar
09 İyul 14:29

Siyasət
09 İyul 14:28

Dünya
09 İyul 14:25

Sosial
09 İyul 13:25

Ədəbiyyat
09 İyul 12:16

Gündəm
09 İyul 12:10

Sosial
09 İyul 11:53

Sosial
09 İyul 11:45

Siyasət
09 İyul 11:04
