/ / Ətraf mühitin mühafizəsinə həsr olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bəhreyndə təqdim edilib
Ətraf mühitin mühafizəsinə həsr olunan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Bəhreyndə təqdim edilib
27.02.2025 [10:43]
Bəhreynin məşhur İncəsənət Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda Heydər Əliyev Mərkəzində uğurlu debütünü edən MAMA “Ana təbiət” sərgisi Bəhreyndəki təqdimatla iqlim dəyişiklikləri üzrə həyati mesajı dünyaya yaymaq üçün səyahətə başlamış olur.
Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, Bəhreynin RAK İncəsənət Fondu və Bəhreyn Mədəniyyət və Qədim Əsərlər İdarəsinin birgə təşkil etdiyi sərgi ətraf mühitin qorunmasının vacibliyinə incəsənət vasitəsilə bir çağırışdır.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Raşid Al Xəlifə sərginin Bəhreyndə keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, MAMA “Ana təbiət” sərgisinin təqdimatı mədəni mübadilənin təşviqi istiqamətindəki davamlı səyləri gücləndirir. “MAMA beynəlxalq sərgisinə ev sahibliyi etməklə yerli incəsənət mühitimizi daha da zənginləşdirir və ətraf mühitin qorunması kimi mühüm məsələlərdə qlobal dialoqu təşviq edirik”, - deyə Raşid Al Xəlifə bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, MAMA “Ana təbiət” incəsənət layihəsi vasitəsilə mövcud problemlərin həllinə kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. Leyla Əliyeva bildirib ki, qlobal istiləşmə dövründə dayanıqlıq çağırışı heç vaxt bu qədər zəruri olmamışdı. O, gələcək nəsillər naminə planetimizi qorumaq istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Sərgidə Raşid Al Xəlifə, Leyla Əliyeva ilə yanaşı, 29 ölkədən 55 rəssamın ərsəyə gətirdiyi 100-dən çox fərqli sənət əsərləri nümayiş etdirilir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Bəhreyn İncəsənət Mərkəzində martın 25-dək davam edəcək. Bu müddətdə ziyarətçilər hazırda üzləşdiyimiz ətraf mühit problemləri ilə bağlı müxtəlif və vacib hekayələri özündə əks etdirən rəssamlıq, heykəltaraşlıq, instalyasiya və multimedia nümunələri ilə tanış ola biləcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

