Mədəniyyət naziri Musiqili Teatrın kollektivi ilə qarşıda duran vəzifələri müzakirə edib
06.11.2024 [23:52]
Mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir. Görüşlərdə müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur. Nazirin növbəti görüşü isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən A.Kərimli ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrların maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.
Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış edərək təklif və müraciətlərini dilə gətiriblər.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.
Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

