Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Mədəni irsimizə yenə göz dikdilər...

Mədəni irsimizə yenə göz dikdilər...

25.10.2024 [08:06]

“Basqalı” rəqsi “erməni şalaxosu” kimi təqdim edilib

“Basqalı” Azərbaycan rəqsi və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub. Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən il noyabrın 3-də Gürcüstanın 1TV.GE telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Xalq artistimiz Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı İMEDİ-də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.

Erməni oğurluğunun növbəti nümunəsi

Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlif televiziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:

“Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb. Hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər”.

Bern Konvensiyasının tələbləri pozulub...

Agentlikdən həmçinin vurğulanıb ki, “Rustavi” telekanalında “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:

“Yuxarıda göstərilən faktlar eyni zamanda ÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir”.

SAKPATENTİ-nin rəhbərliyinə məktub göndərilib

Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi SAKPATENTİ-nin rəhbərliyinə məktub göndərib: “Məktubda Gürcüstanın 1TV.CE, İMEDİ və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da SAKPATENTİ-yə təqdim edilib”.

“Arşın mal alan”dan “Tut ağacı”nadək...

Yuxarıda qeyd olunan hallar, milli musiqimizin ermənilər tərəfindən mənimsənilməsi ilə ilk dəfə qarşılaşmırıq. Məlumdur ki, ermənilər tarix boyu xalqımızın mədəni irsinə qənim kəsilib, onu mənimsəməyə və özününküləşdirməyə çalışıblar. Milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi oğurlayaraq öz adlarına çıxarmaq onlar üçün adi hala çevrilib. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarlarının əsərlərinin, melodiyasının, eləcə də musiqisinin plagiatıdır.

Məsələn, bir zamanlar ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur “Yerevan” mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdilər.

Uzun illər fəxrlə oxuduqları “Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.

Belə nümunələrdən biri Azərbaycanın məşhur xalq mahnısı “Tut ağacı boyunca”dır. Mahnı dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Bundan başqa, ermənilər “Sarı gəlin”, “Aman Tello” və onlarla digər mahnılarımızı ifa edərək öz adlarına çıxırıblar.

Nə ilk, nə də sondur...

Qeyd edək ki, bu kimi hallar, ermənilərin ilk belə əməli deyil və sonuncu da olmayacaq. Onlar nəinki torpaqlarımızı, maddi-mənəvi dəyərlərimizi, tarixi abidələrimizi öz adlarına çıxmağa, musiqimizi də mənimsəməyə çalışırlar. Musiqi sərhəd tanımır deyirlər, çünki onun dili yoxdur. Gözəl musiqi bütün bəşəriyyətin məhsulu kimi qiymətləndirilir. Coğrafiyası geniş, dinləyici kütləsi ümumbəşəri olur. Lakin ermənilər çoxdan qanunları pozub, müəllif hüquqlarını tapdalayıblar. Görünür, haylar üçün müqəddəs heç nə yoxdur. Necə deyərlər, “Utanmasan oynamağa nə var ki...”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 383 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30