Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib
07.10.2024 [21:44]
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Həştərxanda keçirilən “Teatralnaya delta” III Beynəlxalq Festival-Forumunda iştirak edib və mədəniyyətlərarası dialoqun, millətlərarası münasibətlərin inkişafı xəttinin formalaşmasına güclü təkan verən tədbirin iştirakçısı kimi diploma layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan incəsənət ustaları Həştərxan Dram Teatrının səhnəsində Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşasını təqdim ediblər. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Xaricdəki Rusiya Teatr Xadimləri Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində təqdim olunub. Onun Bakıda premyerası 2023-cü ilin iyununda olub. 2024-cü ilin aprelində “Kapitan qızı” Sankt-Peterburqda keçirilən “Rusiyada görüşlər” XXVI Beynəlxalq Rus Teatrları Festivalında, 2024-cü ilin mayında isə Çexov Malikanə-Muzeyində ən qədim “Melixovskaya vesna” teatr festivalı çərçivəsində təqdim olunub.
Azərbaycan aktyorlarının təqdimatında Puşkinin yaradıcılığına olan böyük marağı Həştərxan Dram Teatrının tamaşa zalında boş oturacaqların olmaması və tamaşanın sonunda tamaşaçıların Azərbaycandan olan sənətçilərə ünvanlanmış sürəkli alqışları təsdiq edirdi.
“Teatralnaya delta” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Həştərxana gələn Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kollektivinin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Təqdimat mərasimində “Kapitan qızı” tamaşasının iştirakçıları, o cümlədən teatrın rejissoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya hökumətinin “Puşkin medalı”nın laureatı Ədalət Hacıyev və Azərbaycan diasporunun sədri Vahid Rəhimov iştirak ediblər.
“Teatralnaya delta” festivalının adı deltada böyük bir çayın yataqlarından onun qollarına və ayrı-ayrı axarlara ayrılan, nəticədə onların hamısının dənizə töküldüyü müxtəlif teatr formaları və janrlarını əks etdirir. Teatr bir sənət növü kimi dəniz mənasında göstərilir. Festivalın ümumi konsepsiyası rus dramaturgiyasının unikal dünyasına səyahətdir. Festival Həştərxan vilayəti Hökumətinin və regional Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunur.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

