Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

11.09.2024 [11:59]

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti, professor Mobil Əhmədovun 93 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Filarmoniyadan Yeniazerbaycan.com-a bildirilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb.

Gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Kəmalə Tağızadə, Almaz Ələsgərova, Xalq artistləri Heydər Anatollu, Səttar Nəsirov və Sevinc İbrahimova, həmçinin solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov və Şaban Cəfərov sənətkarın repertuarından əsərlər ifa ediblər.

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin “Sevgilim”, “Badamlı”, Rauf Hacıyevin “Ay qız”, Oqtay Kazıminin “Ey xəyal” əsərləri səsləndirilib.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31