Xalqını tərənnüm edən sənətkar...
22.08.2024 [10:25]
Mikayıl Abdullayevin anım günüdür
Xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığının mayası doğma vətəni Azərbaycan və onun gözəllikləri idi. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir. Əli fırça tutandan son nəfəsinə qədər yalnız istedadına, zəhmətinə güvənmişdi. Qazandığı fəxri adlar, titullar arasında ona ən çox yaraşanı isə kövrək qəlbli, zərif duyğulu bir insan olması idi...
M.Abdullayev hərtərəfli biliyə malik sənətkar olub. Demək olar ki, təsviri sənətin bütün sahələrində çalışıb: dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. Bu sahələrin hər birində özünəməxsus yaradıcılıq dəst-xəttinə uyğun, bitib-tükənməyən zərif sənətkar duyğularının ifadəsi olan əsl sənət inciləri yaradıb.
Rəssamlarımız arasında M.Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. O, dahi Nizamidən tutmuş yazıb-yaradan digər şair və nasirlərimizə qədər bir çox sənətkarın portretini yaratmış, əsərlərinə illüstrasiyalar çəkmişdi.
Görkəmli sənətkarın yaradıcılığında xarici ölkə motivləri də var. 1956-1971-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və s. ölkələrə səfər zamanı çəkdiyi rəsmlər silsiləsində milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsərləri Paris, London, Praqa, Sofiya, Varşava, Qahirə, Belqrad və s. şəhərlərdə nümayiş olunub, Leypsiq, Berlin, Dehli, Madrid, Milan, Kioto şəhərlərində fərdi sərgisi keçirilib.
Xalq rəssamının yaradıcılığında metronun “Nizami” stansiyası, “Abşeron” mehmanxanası və “Gülüstan” sarayının interyerinin tərtibatı xüsusi yer tutur.
M.Abdullayevin fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 10-da Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bu gün-avqustun 22-si xalqını tərənnüm edən, Azərbaycanın adını həmişə uca tutan dahi boyakarın ölümündən 22 il ötür. Həyatda olmasa da, onun işıqlı xatirəsi xalqımızın qəlbində yaşayacaq, rənglər dünyasının əbədi sakini kimi daim xatırlanacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

