Müğənni, aktyor, memar...
16.07.2024 [10:50]
Mirzə Babayevin doğum günüdür
Bu gün estrada musiqisinin banilərindən sayılan M.Babayevin anadan olmasından 111 il ötür. M.Babayev müğənnilik fəaliyyətinə 1940-cı illərin əvvəlində müharibədən qayıdan zaman görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb.
Xalqın böyük məhəbbətini qazanmışdı...
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirik. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harada işləməsindən asılı olmayaraq, Mirzə Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.
Bənzərsiz səsə malik olan tanınmış müğənni həm də mahir memar idi - O, Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin də layihə müəllifidir.
Onunla işləyəndə yorulmurdular...
“Dərviş Parisi partladır” filmində Məstəli şahı oynayanda Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə Babayev işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o, yaratdığı obrazın əsil memarına çevrilirdi.
İllər ötsə də unudulmayacaq...
Onun yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir dövründən keçir. Onun mahnıları, filmləri uzun illər xalqımızın mənəvi yaddaşında ən həzin duyğular kimi yaşayacaq. Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən M.Babayevin yaratdığı mahnılar öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar xalqımız üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

