Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının yarandığı gündür
21.06.2024 [10:52]
Şahanə MÜŞFİQ
21 iyun mövcud olduğu 12 il ərzində Azərbaycan kino sənətinin inkişafında müstəsna rol oynamış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı gündür.
Azərbaycan kinematoqrafçılarının keçmiş ictimai birliyi olan ARKİ 21 iyun 2012-ci ildə təsis edilib. Yarandığı gündən İttifaqa Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nizami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunaraq Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.
2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclas prosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub. Bundan başqa iclaslarda ittifaqın üzvlüyünə qəbul və gənc kinematoqrafçılarla iş komissiyaları yaradılıb. İlk ildə ittifaqa 139 nəfər üzv qəbul olunub.
2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunub.
İlk dəfə Milli Kino mükafatına mərhum Xalq artisti Yaşar Nuri layiq görülüb. Milli Kino günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xüsusi fərqlənmiş bir qrup kinematoqrafçıya fəxri adların verilməsi üçün, vəsadət qaldırılıb və kino veteranlarına pul mükafatı təqdim olunub.
Sentyabrın 1-də “Nizami” kino mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən “Gənc kinematoqrafçıların problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə gənc kinematoqrafçılar fəal iştirak ediblər.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs” adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edə bilərlər. Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında elan olunub. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri “Kinoşok” beynəlxalq kinofestivalında iştirak ediblər.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Start” beynəlxalq gənclər kinofestivalının işində fəal iştirak edib. Bu festival “Cinema” gənc kinematoqrafçılar mərkəzi tərəfindən keçirilib. Festivalın münsiflər heyətinin rəhbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova seçilib.
2012-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hacıbaba Bağırovun, Emin Sabitoğlunun, Əməkdar incəsənət xadimləri Hüseyn Seyidzadənin, Rüfət Şabanovun, Əlihüseyn Hüseynovun, Arif Nərimanbəyovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.
2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib.
Həmin ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq artistləri Hüseynağa Sadıqovun, Əliağa Ağayevin, Muxtar Dadaşovun, Şahmar Ələkbərovun, əməkdar artist Münəvvər Kələntərlinin, əməkdar incəsənət xadimləri Arif Babayevin, Ələkbər Muradovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirilib. 2013-cü ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi, Azərbaycan Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Azərbaycan kino sənətinin inkişafında, təbliğində kifayət qədər önəmli fəaliyyətləri olan qurumun başı zaman-zaman qalmaqallara, söz-söhbətlərə də düçar olub. Xüsusən, 1963-cü ildən bəri fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə qurum arasında buzlar uzun illər əriməmişdi. Ta ki birinciyə sədrlik Xalq artisti Rasim Balayevə həvalə olunana kimi. Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsindən sonra iki qurum arasındakı anlaşılmazlıqlar zamanla aradan qalxmağa başladı.
Beləcə, 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirildi və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edildi.
2024-cü ilin martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutdu.
Konfransda alınan qərar nəticəsində Azərbaycanın iki kino ittifaqı birləşərək “Azərbaycan Kinematoqrafçılar İttifaqı” adlanmağa başladı. Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edildi.
Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürdü.
Səsvermə nəticəsində Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayev seçildi.
2012-ci ilin bu günü yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı hazırda digər qurumla birləşərək vahid ittifaq şəklində fəaliyyətini davam etdirsə də, 12 il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrlə Azərbaycan mədəniyyətinin və kinosunun tarixində özünəməxsus iz qoymağı bacardı.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

