“Molokon” bağı necə “Xaqani” oldu?
13.12.2023 [15:00]
M.BAYRAMLI
Bu gün sizinlə el arasında "Molokan" adı ilə tanınan "Xaqani" bağına qiyabi səyahət edək. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Ərazisi kiçik olsa da (0.8 hektar), Bakının ən qədim parklarından biridir.
Tarixinə bir nəzər salaq. Çünki bağın olduqca maraqlı tarixçəsi var. Mənbələrə görə, bağ 19-cu əsrdə müxtəlif qəzalardan mal gətirən molokanların yerləşdiyi karvan-saraylarla əhatə olunub. Hazırda gördüyünü bütün küçə və döngələr, eləcə də həyətlər o vaxtlar çəllək emalatxanaları ilə örtülü olub. Ətrafı üfunətli sular, dizə qədər qalxan palçıq bürüyüb. Bunun qarşısını almaq üçün rəhbərlik 19-cu əsrin 70-ci illərində bu yerlərə bağ salmaq qərarına gəlib. Adını da Molokan meydanı qoyub. Bağın yaradılması və layihələndirilməsi çətinliklərlə üzləşib. Bunlardan bir çoxunun səbəbi su təchizatındakı problemlər olub. Bundan başqa, idarə və duma üzvləri tərəfindən bu bağa diqqət ayrılmayıb.
Müxtəlif səbəblərə görə bağın adı bir neçə dəfə dəyişdirilib. Bağın ilk rəsmi adı çar II Aleksandrın arvadı Marianın adını daşıyıb. (Marinski bağı). Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bağ 1905-ci il qanlı bazar ertəsinin şərəfinə "9 yanvar" adlandırılıb.Daha sonra bağa Haşım Əliyevin adı verilib. Müstəqilliyin elan edilməsindən sonra bağ orta əsr şairi Xaqani Şirvaninin şərəfinə adlandırılıb. Bağın əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupundan ibarətdir.Əfsuslar olsun ki, həmin heykəlin müəllifi ilə bağlı yazılı mənbəyə rast gələ bilmədik.
Diqqət yetirsəniz görərsiniz ki, bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, yeni bitkilər əkilib, uşaq attraksionları qurulub. Buna baxmayaraq 2011-ci ildə bağ yenidən əsaslı təmir edilib. Amma bağın əvvəlki forması saxlanılıb. Bağda azyaşlıların əylənməsi üçün attraksionlar quraşdırılıb. Burada olan bəzi ağacların 70-dən çox yaşı var.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

