Bakının enişli ərazisi – Şüvəlan
02.09.2023 [14:30]
Abşeron kəndləri…
Sonaxanım
Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biridir. “Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Farsca "şiv” sözünün mənası eniş, "lan” isə məkan deməkdir. Hazırda əhalinin sayı 28 500 nəfərdən çoxdur.
Bura çox sonralar məskən yerinə çevrilmişdir. Buna görədir ki, keçən əsrin əvvəllərindən heç bir yerdə Şüvəlan yaşayış məskəni kimi qeyd edilmir. O zamanlar Şüvəlan otlaq yerləri olub. Sonralar burada pambıq əkilməyə başlanılıb.
1924-cü ildə yazıçı Seyid Hüseyn Bakı kəndləri barədə yazdığı məqaləsində Şüvəlanı belə təsvir edirdi: “Burada bəzi əski binaların və qalaların xərabələri mövcuddur ki, bunlar Şüvəlan bağlarının çox qədim zamanlardan bəri bağ və yaylaq olduğunu, orada heç bir kənd olmadığı halda ətraf kəndlilərin gəlib, yayda heyvan və mal-qaralarını otardıqlarını qəti surətdə söyləmək mümkündür. Qoca kişilərin söylədiyinə baxılarsa, Şüvəlan vaxtilə otlaq yeri olub”.
Şüvəlanın toponimi
Qədim zamanlarda Şüvəlanda bahar aylarında o qədər gölməçə yaranarmış ki, burada dəniz quşları, vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Bəziləri buna əsaslanaraq, iddia edirdilər ki, Şirvanşahlar tez-tez buraya ova gələrlərmiş. Guya o vaxtdan bu yer "Şaholan" adlanmış və zaman keçdikcə "Şüvəlan”a çevrilib. Bu ehtimal əlbəttə, əsassızdır. Çünki tarixdən bizə məlumdur ki, Şirvanşahların, onlardan sonra isə Bakı xanlarının ov məskəni Zirə tərəf olub. Bundan başqa Bakı kəndlərinin adları bir qayda olaraq ancaq fars, yaxud tat dili tərkibi ilə düzəldilirdi. Əslində isə „Şüvəlan“ sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq, yaranıb. Şüvəlanda olanlar yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəfə enişlər başlayır, həmin enişlərə görə də bu yer Şüvəlan adlanır.
Vaxtilə içmək üçün ən yararlı su Mərdəkanla Şüvəlanda idi. Burada su qayanın altından çıxırdı. Buna görə də burada çoxlu pambıq əkilərdi. Abşeronda əkilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü. Pambıqla birlikdə bu yerdə zəfəran da əkilərdi. Şüvəlanın təmiz iqlimi, şirin suyu sonralar insanların bu yerlərdə məskən salmalarına səbəb oldu. Xüsusilə 19-cu əsrin ortalarından başlayaraq, bakılılar bu yeri özlərinə yaylaq yeri seçdilər. Hələ Bakı xanlıqları dövründə burada salınmış üzüm bağlarının şöhrəti tarixdən də bizə məlumdur. Elmlər Akademiyasının Dendroparkının yeri vaxtilə xan bağı olub. Bakı milyonçularından Murtuza Muxtarov bu yeri alanda bağın dörd dövrəsində kiçik bürclər varmış. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Səfərəliyev, İsa bəy Hacınski və başqaları sanki bəhsə girişərək, bir- birindən gözəl evlər tikdirdilər.
“Ət Ağa" kimi tanınan seyid övladı bakılı Mir Mövsüm Ağa Şüvəlan qəbiristanlığında dəfn edildikdən sonra Şüvəlan müqəddəs yer sayılır. Qəbrin üstündə içərisi ayna qırıntıları ilə göz qamaşdıran əzəmətli bir günbəz inşa edilib. O vaxtdan qəbri ziyarətə gələnlərin ardı-arası kəsilmir.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12

