“Cirrus”, “Cirrocumulus”, “Sirrostrat”, “Altokumulus”...
23.05.2023 [12:47]
Ağ, yumşaq, pambıq kimi hava yığını - Buludlar
Şahanə XANKİŞİYEVA
Uşaq vaxtı yəqin ki, siz də səmaya baxanda topa şəklindəki ağ “yumaqlar” həmişə diqqətinizi cəlb edib. Sanki əlinizi uzatsanız, toxunacaqsız, ancaq anındaca yox olacaqmış kimi... Buludlar... Hətta bəzi insanlar onlara toxunmağı “ən böyük arzular” sırasına daxil edib. Ancaq buludlar sadəcə atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısıdır.
Səma mavidir, bəs buludlar niyə ağ?
Buludlar hava və sudan ibarətdir: hər ikisi də şəffaf olduğu üçün işığı çəkə bilməzlər. Bu səbəbdən ağ rəngdə görünmələri maraqlı gələ bilər. Lakin bu suyun bir hissəsi kiçik zərrəciklər halında dağılıb. Bu səbəbdən də işıq buludun içinə bir neçə metr girə bilər, amma sonda bir damlaya toxunacaq. Nəticədə bunların hər biri girdiyi yerə yaxın bir nöqtədən çölə atılır. Yəni buludun rəngi əslində işığın ona verdiyi rənglərin qarışığıdır.
Havada asılı qalan bu ağ “yumaqlar”
Məlum bir yüksəklikdə hava soyuduğunda buxar sıxlaşaraq su damlalarına çevrilir və buludları yaradır. Bu damlalar havadan daha sıx olduğu halda, çox kiçik olduqlarına görə sürətlə deyil, çox yavaş düşürlər. Bu su kiçik zərrəciklər halında qaldığı müddət ərzində yerdən qalxan isti hava ilə bulud havada qalmağa davam edir. Zərrəciklər birləşib lazımi böyüklüyə çatdığında isə yer cazibəsinin təsiriylə yağış halında yerə düşür.
Havada asılı qalan “ev”
İldə təqribən iki milyon bakteriya, 55 milyon göbələk və bol miqdarda alg (su yosunu) hava axını vasitəsiylə atmosferə qarışır. Bu mikroskopik canlılar hava şəraitində mühüm rol oynayır. Buludlardakı su buxarının yağışa çevrilməsi onlar sayəsində daha tez həyata keçir. Yəni buludlarda həyat olmasaydı bu qədər tez-tez yağış yağmayacaqdı.
Bəzi insanlara görə isə buludlar havanın səmadakı xəbərçisidir. Buna görə də bəzi insanlar buludlara baxaraq havanın necə olacağını təyin edə bilirlər.
Buludların bir sıra prinsiplərinə uyğun olaraq tipinə görə 3 növü var: laylı, topa, lələkvari.
Bir buludun nə qədər ağır olduğunu nə vaxtsa düşünmüsünüz? Çünki onlar dəstəksiz olaraq göydə üzdükləri üçün buludların çəkisiz olduğunu güman etmək asandır. Əlbəttə ki, bu belə deyil. Alimlərə görə, bir kumulus buludunun (pambıq kimi görünüşü olan bulud növü) ağırlığı 1.1 milyon funtdur. Bir anlıq düşünün. Bu o deməkdir ki, milyonlarla funt su hər an başınızın üzərində üzür. Bu isə 100 filə bərabərdir.
Buludların müxtəlif növlərini hündürlüyünə görə fərqləndirmək olar. Məsələn, “cirrus” buludları şəffaf və daxili kölgəsiz ağ buludlardır. Onlar səmada "at quyruqları" kimi görünürlər. “Circomulus” isə qırışmış bir səth görünüşünə sahib olan və sanki kiçik pambıq topları kimi yuvarlaq formalı bulud yığınıdır. Tez-tez “cirrus” buludları ilə yanaşı görünürlər, havanın təxminən on iki saat dəyişdiyini göstərir.
Qurani-Kərimdə də adı keçən bu maraqlı təbiət hadisəsinin heç də boş yerə olmadığını nəzərinizə çatdıraq. Çünki təbiətdə hər şey zəncirvari formada yaradılıb...
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

