5G texnologiyası nədir?
17.05.2023 [10:54]
Nicat Dilqəmli
Texnologiya əsrinin müasir kəşflərindən biri də beşinci nəsil texnologiyalardır. 5G əvvəlki nəsil şəbəkələrə nisbətən daha yüksək yükləmə sürətli, daha sabit əlaqə və daha böyük tutum imkanları təqdim edən beşinci nəsil simsiz mobil texnologiyadır.
Bəs texnologiyanın beşinci nəsli barədə hansı məlumatlar məlumdur?
5G hazırda məşhur olan 4G şəbəkələrindən daha sürətli və etibarlıdır. Ekspertlərin fikrincə, bu texnoloyi tətbiqlər, sosial şəbəkələr və məlumat üçün internetdən istifadə üsulumuzda inqilab edə bilər. Məsələn, özünü idarə etmək xüsusiyyətinə malik avtomobillər, qabaqcıl oyun platformaları və proqramları, yüksək sürətli məlumat bağlantısı tələb edən axın mediası üçün bu texnologiyanın olduqca böyük faydalarının olacağı ehtimal edilir. Ümumiyyətlə, 5G şəbəkəsi 4G-dən ən az 10 dəfə daha sürətlidir. Bəzi ekspertlər iddia edirlər ki, bu fərq 100 dəfəyə qədər qalxa bilər. Bu o deməkdir ki, misal üçün, 2 saatlıq bir film 5G ilə 10 saniyədən daha az bir vaxta yüklənəcək. 4G-də isə bu, 7 dəqiqə civarındadır. Təbii ki, burada internet şəbəkəsinin bəzi texniki göstəriciləri də önəmli məqamlardandır.
Məlum olduğu kimi, texnologiya dünyası hər gün yüzlərlə yeni kəşfə qucaq açır. Təbii ki, innovasiyaların tətbiq edilməsi üçün yüksək sürətli internet bağlantısının olması zərurəti yaranır. Çünki müasir texnoloji avadanlıqların bir çoxunun emal etdiyi informasiyanın həcmi indikindən dəfələrlə çoxdur. İndiki nəsil texnologiyalar isə bu qədər böyük həcmlərdə məlumatları emal etmək gücündə deyil. Elə o səbəbdən də yeni nəsil texnologiyaların yaranması zərurəti meydana çıxır. Bu sahədəki inqilab nəticəsində emal edilən informasiyanın həcminin qarşıdakı illərdə də artacağı istisna edilmir. Hələlik dəqiq nəticələr əldə olunmasa da, gələcəkdəki informasiyaların həcmi barədə müxtəlif fikirlər artıq ortaya atılmaqda, səsləndirilməkdədir. Növbəti onilliklərdə məlumatların həcminin yüzlərlə zettabayt artacağı ehtimal edilir. İndiki mobil infrastruktur qeyd edilən həcmdə informasiya üçün nəzərdə tutulmadığından yenilənmələrin olması mütləqdir.
Hər bir yeni nəsil simsiz şəbəkə texnologiyasının gətirdiyi kimi, 5G də özünəməxsus yeni istifadə sahələri yaratmaqdadır. Bəzi mənbələrdə 5G texnologiyasının əsas fokuslanacağı sahələrin IoT (internet of things) və kritik kommunikasiya proqramları olacağı bildirilir.
Mütəxəssislərin qənaətinə görə, beşinci nəsil texnologiyaların inkişafının gələcək dövr üçün trilyonlarla dollarlıq iqtisadi dəyəri olacaq. Bundan başqa, 5G-nin inkişafı həm də milyonlarla yeni iş yerinin yaranması deməkdir. Beşinci nəsil texnologiyaların köməyi ilə ağıllı kəndlərin salınması sürətlənəcək, tibb sahəsində mühüm inkişaf müşahidə ediləcək. Bu, həm də ətraf mühitin zərərli tullantılardan qorunması baxımından da vacibdir. Çünki 5G-nin geniş miqyasda tətbiqi ətraf mühitə atılan zərərli maddələrin həcminin bir xeyli azalmasına səbəb olacaq.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev M360 GSMA beynəlxalq telekommunikasiya konfransında çıxışı zamanı bildirib ki, 2024-cü ilin sonuna qədər ölkə əhalisinin hamısı genişzolaqlı internet ilə təmin olunacaq.
“Biz Xəzər üzərində fiber-optik xəttin çəkilməsi üzərində çalışırıq. Bu Azərbaycan və Orta Asiya arasında əlaqə yaradılması üçün güclü təkan yaradacaq. Dünya əhalisinin 46%-inin rəqəmsal sahədə bilik və bacarıqları zəifdir. Bizim qarşımızda rəqəmsallaşmanın geniş istifadə edilməsi tapşırığı durur. Qarşıdakı illərdə kibertəhlükəsizlik sahəsində savadlı kadrlar yetişdirəcəyik. Ölkədə internet sürətinin artırılması istiqamətində işləri görməkdəyik. Tezliklərin düzgün tənzimlənməməsinin şahidiyik. Həmçinin tezliklərin 5G bağlantıda yerləşdirilməsi istiqamətində vəzifələri yerinə yetirməkdəyik. Azercell 5G-ni tətbiq edən ilk şirkət olacaq”, - deyə R.Nəbiyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

