“Yoluxucu”, amma faydalı...
01.04.2023 [11:30]
Bu gün Ümumdünya Gülüş Günüdür
Səhər yeni günə başlayarkən təqvimə diqqətlə baxın. Əgər 1 apreldirsə, yaxınlarınız müəyyən zarafatlar edə, sizi “aldada” bilərlər. Çünki 1 aprel - Ümumdünya Gülüş Günüdür. Bu gün müxtəlif zarafatlar, “gözlənilməz sürprizlər”in ünvanı ola bilərsiniz. Hər şey qapı qulluqçularından birinin cəsarəti ilə başlayıb... Belə ki, həmin “qəhrəman” imperator Konstantinə gülüşün dövlətə imperatordan daha çox fayda verə biləcəyini deyir. Onun bu zarafatı gülüş gününün yaranmasına səbəb olur - Konstantin xüsusi qərar çıxarır ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin gün - 1 aprel ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirlər. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilib və bu bayramı “ağılsızların günü” adlandırıblar. Bu gün dünya ölkələrində, eləcə də Azərbaycanda maraqla qarşılanır. İnsanların üzündə təbəssüm, gülüş günün rəmzinə çevrilir. Gülüşün əhval-ruhiyyəmizə təsirini hamımız bilirik, bəs səhhətimizə?
Hətta xərçəngin qarşısını alır...
Adətən zarafatcıl, baməzə, həyatsevər insanlarla ünsiyyətdən zövq alır və özümüzü belə insanların yanında daha rahat hiss edirik. Bütün bunları Gelotologiya adlı elm sahəsi tədqiq edir. Gelotologiya gülüş haqqında elmdir. Gülüşün insana fiziki və psixoloji cəhətdən təsirini incələyən bu elmin banisi Uilyam F.Fray hesab edilir. Gülüş psixiatrlar tərəfindən tibbi metod kimi təklif edilir. Ancaq beyində bəzi hissələrin zədələnməsi nəticəsində, idarə olunmayan gülüşlər, hətta qəh-qəhələr də müşahidə edilir.
Gülüş necə yaranır? Gülüşün olması üçün hadisənin olması şərtdir. Gülmək üçün isə üz əzələlərini hərəkət etdirən sinirlərin fəaliyyəti vacibdir. Düzdür, gülüşlə bağlı müəyyən elmi məlumatlar olsa da, tamamilə tədqiq olunmuş bir sahə deyil. Ancaq gülüşün səhhətimizə olan faydaları da məlumdur: Qəlb sürətlə döyünür, tənəffüs dəyişir, norokimyəvi maddə səviyyəsi dəyişir, immun sistemi canlanır. Eyni zamanda, nəbz dəqiqədə 120 vurur, beyin qan damarlarına gedən qanın miqdarı artır, bu da beynin fəaliyyətini artırır. Beynin sol yarımkürəsi daha yaxşı işləyərək yaradıcılığa müsbət təsir edir. Gülüş adrenalin və kortizonu azaldır, stress azaldığı üçün immunitet qalxır, qan təzyiqini aşağı salır, nəticədə insan özünü yaxşı hiss edir, bu infarktın və ürək xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir. Hətta qəhqəhə səhər idmanı ilə bərabər tutulur...
Amerikada aparılan tədqiqatlardan birində müəyyən edilib ki, komediya izləyən insanlarda stressin azalması və ya yoxluğu, eləcə də immunitetə cavabdeh hüceyrələrin sayında artım müşahidə edilib. Yüzlərlə insanın 20 illik tədqiqatı nəticəsində məlum oldu ki, gülmək onkoloji xəstəliklərə tutulmanın qarşısını alır. Bu ona görə baş verir ki, yaxşı əhval - ruhiyyə, xüsusən gülmək hüceyrələri yeniləyir və bu hüceyrələr orqanizmin müqavimətini artırır. Heç insanların güldüyü üçün həkimə müraciətini eşitmisiniz? Təbii ki, yox!
Təbəssüm bir çox münasibətlərdə açar rolunu oynasa da, yersiz və şit qəhqəhə də münasibətlərin qırılmasına səbəb ola bilər. Həyatınızdakı çətinliyin səviyyəsindən asılı olmayaraq çalışın gülərək, bir çox hadisənin stressverici tərəfini minimuma endirin. Çalışın gülüşünüz, ağıllı zarafatlarınız daha çox yadda qalsın...
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

