Güngörməz və “ün” görməz qala...
30.03.2023 [11:36]
Niyə Azıx mağarası və Qobustan abidəsi qədər tanınmır?
MÜŞFİQƏ
Bu gün tarixin gizlin qalmış qalasından söhbət aşacağıq. Bura Güngörməz qalasıdır. Gün düşmədiyi üçün adına “Güngörməz” deyirlər. Hacıqabulda rayon mərkəzindən 45 kilometr aralıda, Udulu kəndinin ərazisində yerləşir. Tarixi mənbələrə görə, bu ərazi Eneolit və Tunc dövrlərindən XVII əsrə qədərki müddəti əhatə edib. Vaxtilə qala yaşayış məskəni və düşmən hücumlarından müdafiə məqsədi ilə istifadə edilib. Dağın ən hündür zirvəsində tikilən qalanın 3 metr qalınlığında sal daşlardan ibarət sədləri olub, lakin uçub dağıldığı üçün hündürlüyü haqda məlumat yoxdur. Daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir.
Sovet dövründə - 1980-ci illərə kimi bu yerlərə ögey münasibət bəslənib. Lakin 1985-ci ildən sonra burada qazıntı işləri aparılıb. Küp qəbirlər, Xəzər və Hun türk tayfa başçılarına məxsus məzarlar, saxsı qablar, daş dövrünə aid müxtəlif əşyalar, eləcə də qəbirlərdə onların işlətdikləri əşyalar, silahlar aşkar edilib. Həmin əşyalar rayonun Tarix-Diyarşünaslıq Muzeyinə verilib. Siklopik qalaları xatırladan Güngörməz qalasından əvvəl də bu ərazidə müdafiə qalasının mövcudluğu barədə fikirlər səslənir.
“Güngörməz”in üzünə nə zaman Günəş doğacaq?
Kənd sakinləri deyir ki, zəngin keçmişimizə yenidən işıq salmaq üçün arxeoloji abidənin tədqiq olunmasına, həm də qorunmasına böyük ehtiyac var. Udulu həm də palçıq vuklanları ilə zəngin olduğundan buraya turist də cəlb etmək olar. Görəsən, antik dövrdən bizə miras qalan bu abidənin təbliğatı niyə zəif aparılır? “Güngörməz”in üzünə nə zaman Günəş doğacaq?
Turizm üzrə mütəxəssis Hüseyn İsgəndərov qəzetimizə açıqlamasında deyir ki, bu gün ali məqsədimiz insanların diqqətini abidələrə çəkməklə yanaşı, tarixi yerlərin qorunmasına nail olmaqdır. Ölkə əhəmiyyətli arxeoloji abidəmiz olan Güngörməz də məhz bu qəbildəndir: “Ölkəmizdə turizm marşrutu məhz 2 yol - həm Qəbələ, həm də Quba üzərində qurulub. Bu marşrut üzərində yerləşən tarixi abidələrin əksəriyyəti turizm paketlərimizdə əks olunub. Əgər Qəbələ şəhərinin yolu üzərində olsaydı, əlbəttə ki, bütün tarixi abidələrimiz kimi sözügedən qalanı da proqrama əlavə edərdik. Əfsuslar olsun ki, Hacıqabul yolu üzərindən turizm marşrutumuz mövcud deyil. Buna görə də turistlər tərəfindən Güngörməz qalasına yetərincə maraq yarada bilmirik. Bunun üçün turizm şirkətləri belə bir abidənin mövcudluğu ilə tanış edilməli və məhz dövlət qurumları tərəfindən Güngörməz qalası turizm paketlərinə salınmalıdır. Əlbəttə ki, turizm imkanlarının artması bizə də maraqlıdır. Təklif edirəm ki, Gəncə və Göygöl turları zamanı Hacıqabul yolundan istifadə etməklə həmin tarixi abidəni də diqqətdə saxlamış olarıq”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

