Van Qoqun özü qədər məşhur qardaşı -Teo
25.01.2023 [11:03]
MÜŞFİQƏ
Onunla ilk tanışlığım amerikalı yazıçı İrvinq Stounun Van Qoqun həyat və yaradıcılığından bəhs edən “Yaşamaq yanğısı” əsərini oxuyarkən olmuşdu. Əsərin əsas qəhrəmanı olmasa da, təkanverici qüvvəsi idi. Sayəsində fədakarlığı, təmənnasız sevgini, qırılmaz qardaşlıq bağlarını, ailə olmağın önəmini öyrənmişdim. O, sadəcə qardaşlıq nümunəsi göstərmədi, həm də dünyaya Vinsent Van Qoq kimi dahi bəxş etdi. Van Qoqun həyat hekayəsinə nəzər salaq...
Sarı tarlaların və ulduzlu gecələrin ölməz rəssamı
Psixoloji sarsıntı keçirdikdən sonra qulağını kəsdi. Özünü ağrı-acılarla yetişdirdi. Günlərlə soyuqda ac qalaraq həyata, daha doğrusu, sənətə sığınmağa çalışdı. İnsanların sərt baxışlarına məruz qaldı. Həyatı boyunca daim maddi çətinlik içində yaşadı. Vinsent tamamilə tək qalmışdı, sanki Allah da ondan üz döndərmişdi. Uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi. Yaşadığı müddətdə heç kim Vinsentin dəyərini anlamadı. Qısa yaradıcılıq ömründə yaratdığı 2100 sənət əsərindən sadəcə birini sata bilmişdi. Sağlığında qazana bilmədiyi şöhrət ona ölümündən sonra nəsib olmuşdu. Ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Aydın rəng çalarları və özünəməxsus tərzi ilə xarakterizə olunan rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olundu. Rəssamın ölümündən sonrakı şöhrətinin səbəbkarı isə heç şübhəsiz, kiçik qardaşı Teodor Van Qoq idi...
Fədakarlıq örnəyi, qardaş yanğısı
“Bu qədər mənasız keçən illərdən sonra, nəhayət, mən özümü tapmışam! Mən rəssam olacağam! Teo, nəhayət, zindanın qapıları açıldı, bu qapanan qapıları mənim üzümə sən açdın, sən, qardaş!”.
Tarix Teonun qardaşına etdiyi fədakarlıqlardan, təmənnasız yardımlarından yazdı. Zaman keçdikcə böyük qardaş rolunu öz üzərinə götürdü. Vinsenti maliyyə cəhətdən dəstəklədi. Bununla bərabər, ona səylə işləməyi, orta səviyyəli rəssam olmamağı tövsiyə etdi. O, həm də sənət simsarı idi axı. Teo inanırdı ki, bir vaxt Vinsent böyük rəssam olacaq, amma hələ ki, Vinsentin işləri onu çox da açmırdı...
Qardaşına həm maddi, həm də mənəvi dəstək verdi. Bunun sayəsində Vinsent özünü tamamilə rəsmə həsr edə bildi. Kimiləri bu addımı gələcəyə yatırılan sərmayə kimi qiymətləndirsə də, Teo sadəcə öz qardaşlıq vəzifəsini yerinə yetirirdi. Həm də yaxşı sirdaş idi. Vinsent demək olar, hər axşam, Teoya yazdığı məktublarında hər şey barəsində, nə görüb, nə fikirləşib, nə çəkibsə, hamısını qeyd edirdi. 1872-ci ildən Vinsentin ölümünə qədər bir-birlərinə yazdıqları məktubların 700-ə yaxını bu gün arxiv kimi saxlanılır. Onların qırılmaz bağlarının ən böyük sübutu elə bu məktublar idi.
“Həqiqətən səndən başqa dostum yoxdur və nə vaxt xəstə olsam, sən həmişə fikrimdəsən” (Vinsentdən Teoya, Haaqa, 22 iyul 1883-cü il).
Yaradıcılığı Teo sayəsində yüksəlsə də, Vinsent zehni cəhətdən sağlam qala bilmədi. Qardaşı isə psixikası pozulan Van Qoqa təsəlli verməyə və hər zaman qərarını dəstəkləməyə davam etdi.
Vinsent öldükdən yarım il sonra
27 iyul 1890-cı ildə Van Qoq intihar etdi... Teo tabutun yanında tək dayanmışdı. Qardaşından geriyə sadəcə günəşli tabloları qalmışdı...
Teonun müasir incəsənətə verdiyi töhfələrə göz yummaq günah olardı. 19-cu əsrin sonlarında Parisdə innovativ sənətin ön plana çıxmasına kömək etdi. İmpressionizm və post-impressionizm kimi cərəyanları populyarlaşdırdı və Vinsent Van Qoqun bütün əsərlərini ictimaiyyətə təqdim etdi. Teodan sonra isə oğlu Vinsent Villem van Qoq əmisinin əsərlərini qoruyub saxladı və günümüzə çatdırdı.
Qardaşının ölümündən sonra Teonun da səhhəti pisləşdi. Ağlı bu gərginliyə tab gətirmədi və genetik bəla onu da tapdı. Yerləşdirildiyi psixiatriya xəstəxanasında 25 yanvar 1891-ci ildə dünyasını dəyişdi. Əbədiyyətə qovuşsa da, hələ qardaşına qovuşa bilməmişdi. Həyat yoldaşının da istəyi ilə 1914-cü ildə Teonun cəsədi ekshumasiya edilərək qardaşının yanında dəfn olundu. Hər ikisi bu gün Overin sıx günəbaxanlarının sərin kölgəsində rahat uyuyur. Eynilə Van Qoqun sarı günəbaxanları kimi...
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

