Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Dərs sən öyrənənə qədər davam edəcək...

Dərs sən öyrənənə qədər davam edəcək...

04.11.2022 [10:43]

Reinkarnasiya

Əvvəlki həyatlarımızda kimlər idik?

Səidə RƏHİMLİ

Günümüzdə sirli məsələlərdən biri olan reinkarnasiya müxtəlif mübahisələrə səbəb olur. Reinkarnasiya insanların öldükdən sonra yenidən dünyaya gəlməsidir. Yəni bizlər əvvəlki həyatlarımızda başqa irqdən, dindən, cinsdən, milliyyətdən, təbəqədən ola bilərik və ya tamamilə fərqli bir canlı da olmuş ola bilərik. Əvvəlki həyatlarda kim olduğumuzu öyrənmək üçün internetdə çoxlu sayda testlər var. Təbii ki, bu testlər sadəcə əyləncə məqsədlidir və həqiqətlə heç bir əlaqəsi yoxdur.

İnsanlar reinkarnasiyaya inanmaqda haqlıdırlarmı? İslam dinində bununla bağlı hansı fikirlər mövcuddur?

Reinkarnasiya haqqında bilinən ilkin müzakirələr təxminən e.ə. VI əsrdə Hindistan və Yunanıstanın fəlsəfi ənənələrində özünü göstərir. Demək olar ki, bütün ruhani məktəblər reinkarnasiyanı qəbul edirlər. Lakin hər birində bunu izah edən fərqli fikirlər mövcuddur. Günümüzə qədər müxtəlif dini inanclar daxilində, fərqli fikirlər çərçəvəsində mövcud olmuş reinkarnasiya haqqında ortaq fikir budur ki, reinkarnasiyanın məqsədi bu döngüdən çıxa bilmək üçün ruhun saflaşması və hikmət qazanmasıdır.

Hinduizm və Buddizm dinləri reinkarnasiyaya inanan, Xristian və İslam dinləri isə bunu rədd edən dinlər arasındadır.

Hinduizmdə reinkarnasiyanı belə izah edirlər ki, ruhumuz bu həyatımıza əsasən növbəti həyatımızı seçir. “Karma” yaxşı və ya pis etdiklərimizi yenidən bizə yönləndirir. Bu həyatımızda olmasa belə, növbəti həyatımızda etdiklərimizin karmasını mütləq yaşayırıq.

Buddizmdə əbədi ruhun olmasına inanılmır. Onlar həyatı həyata bağlayan şüur axını olduğunu düşünürlər. Sönməkdə olan bir şamın alovu digərini yandırmağa kömək edir. Buna görə də yeni doğulan insanın şüuru əvvəlki ilə nə eynidir, nə də fərqlidir.

Xristian dinində reinkarnasiya qətiyyən qəbul edilmir. Onlar insan öləndə ruhun bədənlə birlikdə qəbirdə yatacağına inanırlar. Ruh yuxusu axirətə qədər davam edəcək. Lakin İncildə İsanın özünün reinkarnasiyanı öyrətdiyinə dair sübutlar olduğu da deyilir. Xristianlar isə bunu fərqli şəkildə izah edilər.

İslam dinində də reinkarnasiya qəbul edilmir. Quranda öldükdən sonra yenidən dirildikməklə bağlı ayələr mövcuddur. Lakin din adamları bunun sadəcə bir dəfə axirət günündə dirildilməklə bağlı olduğunu və ölümdən sonra təkrar dünyada yaşamağın mümkün olmayacağını deyirlər.

Reinkarnasiya bizi bir həyatdan digərinə keçirir. Bu, ruhun inkişafı və mənəvi yüksəliş məqsədi daşıyır. Bəziləri “Mən Şüuru”nun hər zaman dəyişməz olaraq qaldığını, bugünkü bizi formalaşdırdığını, müxtəlif hadisələr yaşadıqca, yeni şeylər öyrəndikcə inkişaf etdiyini deyirlər. Osho isə bunu belə izah edir: “Yaddaş yaşadığımız pis və yaxşı xatirələri özündə toplayır və bu xatirələr enerjiyə çevrilir. Enerjini ölüm belə məhv edə bilməz. Biz öldükdən sonra bu enerjilər kosmosa buraxılır. Buna görə də yeni doğulmuş hər kəsdə bu enerjilərin izlərinə rast gəlmək olur.

Əslində, dünyanın müxtəlif yerlərində əvvəlki həyatlarını xatırlayan insanlar mövcuddur. Onların əvvəlki həyatları ilə bağlı dedikləri araşdırılaraq sübut olunub. Bu sübutları nəzərə alaraq belə bir fikir irəli sürürəm:

“Dinimizdə insanların axirət gününə qədər cənnət və ya cəhənnəmə daxil olmayacaqları və arafda qalacaqları deyilir. Quran kitabında deyilir ki, Allah hər zaman bağışlayır və yeni şans verir. Onda belə düşünə bilərəm ki, bu dünya arafın özüdür və bizə günahlarımızdan dərs çıxarana qədər şans verilir”.

Bu paranormal fenomen haqqında heç bir alim dəqiq məlumat verə bilmir. Yalnız fərziyyələr irəli sürməklə kifayətlənirlər. Amma bir də belə düşünək: Hər kəs öldükdən sonra bunun gerçək və ya yalan olduğunu anlayacaq.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30