Ən etibarlı hesab olunan platformalar belə çökə bilər...
20.11.2025 [11:18]
Saytlara giriş niyə məhdudlaşmışdı?
Bu günlərdə dünyanın müxtəlif regionlarında internet istifadəçiləri kütləvi şəkildə saytlara daxil olmaqda çətinliklərlə üzləşiblər. Problemin qlobal miqyasda “Cloudflare” sistemində baş verən böyük nasazlıqdan qaynaqlandığı bildirilir.
Yeniazerbaycan.com xəbər verir ki, bir çox ölkədə sosial şəbəkələr də daxil olmaqla müxtəlif internet resurslarına giriş çətinləşib, bəzi saytlara isə ümumiyyətlə, daxil olmaq mümkün olmayıb. Nasazlıq həm mobil internet istifadəçilərini, həm də genişzolaqlı bağlantıdan istifadə edənləri əhatə edib. Ekspertlər isə bildiriblər ki, “Cloudflare”in xidmətləri dünya üzrə milyonlarla internet resursunun təhlükəsizlik və məlumat ötürülmə infrastrukturunda mühüm rol oynadığından şirkətdə baş verən kiçik nasazlıq belə qlobal miqyasda problem yarada bilər.
Şirkətin yaydığı rəsmi açıqlamada bildirilib ki, yaranmış problem barədə araşdırmalara başlanılıb və çaşdırıcı halların qarşısını almaq üçün ictimaiyyətə mütəmadi məlumat veriləcək. “Cloudflare” onu da qeyd edib ki, daha əvvəl planlı texniki xidmət işləri aparılıb. Lakin bundan sonra şirkətin dəstək portalında da provayderlə bağlı gözlənilməz nasazlıq baş verib. Bu səbəbdən istifadəçilər dəstək sistemi ilə əlaqə saxlayarkən xətalarla üzləşə bilər.
İlkin ehtimallar belə idi:
- “Cloudflare”in DNS və ya CDN infrastrukturunda yaranan qəza
- Provayder səviyyəsində texniki nasazlıq
- Planlı texniki işlərdən sonra ortaya çıxan gözlənilməz texniki uyğunsuzluq
- Bəzi regionlarda serverlərin həddindən artıq yüklənməsi
Mütəxəssislər qeyd edir ki, “Cloudflare” infrastrukturunda hər hansı kəsinti baş verdikdə, dünya üzrə on minlərlə sayt eyni vaxtda əlçatan olmaya bilir.
Heç bir qlobal xidmət 100 faiz zəmanət vermir
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, baş verən hadisə ölkənin milli rəqəmsal infrastrukturunun dayanıqlığı ilə bağlı mühüm reallığı üzə çıxardı. Onun sözlərinə görə, xarici asılılıqlar ciddi fəsadlara səbəb ola bilər və bu, “rəqəmsal suverenlik” anlayışının mahiyyətini bir daha nümayiş etdirir:
“Qlobal problemə baxmayaraq, kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX-nin təsir dairəsində olan əksər dövlət qurumlarının saytları normal çalışıb. Qısa monitorinq göstərdi ki, vacib gov.az resurslarında hər hansı ciddi problem yaşanmayıb. XRİTDX tərəfindən qurulan və mühafizə edilən dövlət informasiya ehtiyatları - AzStateNet və GOV.AZ zonası - qlobal nasazlıqdan təsirlənməyib. Təhlükəsizlik qurumları lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə etdiyinə görə bu sahədə dayanıqlıq təmin olunub.”
O.Gündüz əlavə edib ki, həmin gün “Cloudflare” xidmətindən istifadə edən Azərbaycanın özəl sektoru, bəzi ictimai qurumları və media resurslarının əksəriyyəti fəaliyyətini dayandırıb. Özəl sektor dayanıqlılıq və rahatlıq baxımından “Cloudflare” kimi qlobal xidmətlərə üstünlük versə də, son hadisə göstərdi ki, ən etibarlı hesab olunan bu platformalar belə çökə bilər.
“Qlobal səviyyədə etibarlı bir resursun sıradan çıxması ölkə daxilində biznes fəaliyyətinin dayanmasına səbəb oldu. Bu, xüsusilə kritik sahələr üçün ciddi dərsdir. Görünən odur ki, heç bir qlobal xidmət 100 faiz zəmanət vermir. Xarici asılılıq isə nəzarətinizdən kənar risk deməkdir. Bu səbəbdən hibrid müdafiə strategiyasına - yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətlərin birləşdirildiyi modellərə - keçid daha doğru olardı. Eyni zamanda, dövlət tərəfindən özəl və ictimai resursların da, kritik olmasalar belə, təhlükəsizlik perimetrinə daxil edilməsi faydalı ola bilər”.
“İdeal Web Network” şirkətinin təsisçisi Elşad Qasımlı isə bildirib ki, saytların çökməsinin bir neçə texniki səbəbi mövcuddur. Onun sözlərinə görə, sayt hazırlanarkən edilən səhvlər sonradan ciddi problemlər yarada bilər: “Proqramlaşdırma dillərindən düzgün istifadə edilməməsi, server infrastrukturunun zəif olması, kənar hücumlar və normadan artıq sorğuların serveri yükləməsi nəticəsində saytların sürəti zəifləyir və çökmə baş verir.”
E.Qasımlı vurğulayıb ki, veb sayt sifariş edilərkən peşəkar mütəxəssislərə müraciət olunması son dərəcə vacibdir.
İT mütəxəssisi Vasif Qəhrəmanov isə qeyd edib ki, yaşanan problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində istifadə olunan platformalarda öz təsirini göstərib: “Saytların təhlükəsizliyini təmin edən qlobal platformalar mövcuddur və bu sistemlər müxtəlif serverlərdən mütəmadi sorğular göndərir. Həmin sorğulara cavab olaraq işə düşən qorunma mexanizmi isə saytların müvəqqəti dayanmasına səbəb olub.”
Onun sözlərinə görə, proses müvəqqəti xarakter daşıdığı üçün əlavə müdaxiləyə ehtiyac yoxdur, sadəcə gözləmək kifayətdir.
Elşən Yəhyayev,
Yeniazerbaycan.com saytının redaktoru
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58

