Gizir və miçmanların ehtiyatda olmaqla bağlı yaş həddi artırılır
17.10.2025 [14:51]
Gizir və miçmanların ehtiyatda olmaqla bağlı yaş həddi artırılır.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi gizirlərin və miçmanların həqiqi hərbi xidmət keçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif olunur.
Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilməsi mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Eyni zamanda, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.
Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə bir ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda təsdiq olunub.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37

