Son mənzilə kim necə yola salınır?
06.02.2025 [08:27]
Dünyanın ən qəribə dəfn adətləri...
Bütün cəmiyyətlərdə insanlar sevdiklərini əbədiyyətə yola salmaq üçün müxtəlif yollardan istifadə edirlər. Zaman keçdikcə bu yollar heç vaxt tərk edilməyən bir ənənəyə çevrilir. Lakin standartlardan kənar həyata keçirilən dəfn mərasimləri, anım prosesləri var ki, onlar diqqət çəkməkdədir. Belə ki, dünyanın bəzi ölkələrində heyrət doğuran və görməyə alışmadığımız dəfn mərasimləri, adət-ənənələri var.
Ölülərlə rəqs...
Madaqaskarda ümumi dəfn adətidir. Malaqaslılar bir neçə ildən bir ölülərini qəbirdən çıxarır və onlara yeni kəfənlər geyindirirlər. Sonra yeni geyindirilmiş meyiti götürüb qəbrin başında rəqs edir, meyiti başlarının üstündə tutub musiqi çalırlar. İnsanlar bu dəfn mərasimini “sümüklərin qaytarılması” adlandırır və mərhumun cəsədinin parçalanmasını sürətləndirmək və mərhumun ruhunun axirətə sürətlə getməsini təmin etmək üçün edirlər. 17-ci əsrdən bəri ənənə olan bu ritual, ipək kəfənlərin baha olması və bəzi malaqasların bu təcrübənin köhnəldiyinə inanması səbəbindən tənəzzülə uğrayır. Lakin bir çox malaqaslılar ritualı hələ də davam etdirirlər, çünki onlar bu ritualı ailəni bir yerə toplayan şans kimi görürlər. Hökumət bu yaxınlarda vəbadan ölüm hallarının çoxalmasını Famadihana ilə əlaqələndirsə də, qadağan olunsa da, hələ də bunu edənlər var.
Striptizli anım
Banqkokda xəsislik üzündən həyatının itirən rahib Çukok adına qəribə yas mərasimi təşkil olunur. Belə ki, artıq hər il ənənə halını alan yas mərasimində buddist rahiblər özəl olaraq striptizlə məşğul olan qadınları çağırıb, dünyasını dəyişən rahib Çukok üçün rəqs etməsini tələb edirlər. Yarıçılpaq şəkildə rəqs edən xanımlar rahibin heykəlinin ətrafında dövr vuraraq, sözün əsl mənasında “şou” yaradırlar.
Toy-bayramlı dəfn...
İndoneziyanın Tana Toraja bölgəsində isə dəfn mərasimi sanki toy-bayrama çevrilir. Belə ki, dəfn mərasiminə gələn qonaqlar üçün fərqli xalqların musiqiləri səsləndirilir, rəqslər ifa edilir və çeşidli yeməklər paylanılır. Qeyd edək ki, dəfn mərasimi böyük maliyyə tələb etdiyindən hazırlıq həftələrlə sürür və artıq ölən şəxsin bədəni də çürüyür. Bununla da ev sahibləri ölən şəxsdən halallıq almış olurlar.
“Göylərə qalxan ruh”
Çinin Tibet, Qinqay bölgələrində, həmçinin Monqolustanın daxilində yaşayan və buddizmə inanan şəxslər yaxınları öldükdən sonra cəsədlərini parçalayaraq quzğunlara yedirirlər. Bununla onlar ölən yaxınlarını göy üzünə dəfn etmiş hesab edir və onların ruhlarının yenidən başqa bir bədəndə yer üzünə qayıdacağını düşünürlər.
Planlaşdırılmış ölüm...
Yaponiyada buddist rahiblər öz dəfn mərasimlərinə, hətta ölməklərinə belə əvvəlcədən hazırlanırlar. Belə ki, rahiblər ölməyi plana aldıqdan sonra ancaq meyvə və tərəvəz yeyərək bədənlərindəki yağı yandırmağa çalışırlar. Meyvə ilə qidalanan rahiblər həm də bu sırada idmanla da məşğul olurlar. İkinci addım kimi isə onlar zəhərli qurdları yeyərək qusmağa çalışırlar. Bununla onlar bədənlərindəki mayedən tamamilə xilas olmaq istəyirlər. Hər iki addım atıldıqdan sonra işin son məqamı gəlir. Belə ki, rahiblər son olaraq özləri üçün ayırdıqları tabutun içərisinə girir və hər gün sağ olduqlarını bildirmək üçün bir dəfə zil səsi çıxaran zəng çalırlar. Bununla onlar digər rahiblərə yaşadıqlarını sübut etmək istəyirlər. Artıq zil səsi gəlməyəndə digər rahiblər anlayır ki, tabutdakı şəxs ölüb və həmin tabutu möhürləyirlər. Möhürləmə prosesindən 100 gün keçdikdən sonra tabutdakı mumyaya dönüşmüş cəsəd müayinə edilir. Rahiblər bununla da inanırlar ki, ölən şəxs yenidən dünyaya gələcək.
Qeyd edək ki, bu ənənə Afrikanın da bəzi bölgələrində tətbiq olunur.
Xanımlar ölən ərləri üçün özünü yandırır
Hindistanda “Sati” adlandırlan ənənəni tətbiq edən insanlar isə ərləri öldükdə özlərini yandırırlar. Tarixin qədim dövrlərində bu ənənə ona görə tətbiq edilirdi ki, ölən döyüşçünün xanımı düşmən əlinə keçməsin. Yəni qadın özünü yandırmaqla, bir növ öz namusunu təmizləmiş olurdu. Lakin bu qəribə və belə desək, dəhşətli ənənənin indi hansı səbəbdən tətbiq olunduğu sual doğurmaqdadır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

