Təhsil proqramlarının hazırlanması...
06.04.2024 [10:32]
Hansı yeniliklər lazımdır?
Ölkəmizdə təhsilin bütün pillələrində yeni layihələrin reallaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətdə mühüm addımlar da atılmaqdadır. Eyni zamanda təhsilin inkişafı ilə bağlı mütəmadi olaraq ciddi müzakirələr aparılır və ona görə də təhsil dövlət siyasətinin əsas prioritet sahələrindən biri hesab edir. Məlumdur ki, Azərbaycan qədim dövrlərdən müasir zamana qədər dünya mədəniyyətinə çox dəyərli töhfələr verib. Azərbaycan xalqı arasından dünya əhəmiyyətli beyinlərin çıxdığını, dünya elminə, müasir texnologiyaların inkişaf etməsində azərbaycanlı alimlərin zəhməti danılmazdır. Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox əhəmiyyətlidir.
Hazırda ölkəmizdə təhsil sistemində bir sıra yeniliklər tətbiq edilməkdədir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində Azərbaycan təhsil sektorunun inkişafı üçün bu gün əhəmiyyətli addımlar atılır. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Bu gün eyni zamanda təhsil proqramlarının da daim yenilənməsinə ehtiyac duyulur.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, bu gün dünyada dərsliklərin hazırlanmasında bir sıra yeniliklər tətbiq olunur. Ekspert hesab edir ki, bizim dərsliklərin hazırlanmasında da bu kimi yeniliklər tətbiq olunmalı və nəzərə alınmalıdır: “Bu gün Qərbdə dərsliklərlə bağlı yanaşma fərqlidir. Fikrimcə, dərsliklər mütəxəssislər qrupu tərəfindən hazırlanmaldır. Yəni hansısa tenderdə udmuş bir şəxsin bunu etməsi yox, bu konkret olaraq qrup şəklində bir iş olmalıdır və həyata keçirilməlidir. Elə olduğu halda, biz dərsliklərdəki səhvlərdən və dərsliklərdəki problemlərdən qaça bilərik. Çünki zaman-zaman dərsliklərlə bağlı belə məsələlər olur. Onun da qarşısının alınmasının yolu budur ki, qrup halında bunu ekspertlər etsin. Əvvəlki dövrlərdə nəşriyyatlar tenderlərdə iştirak edərək bunu edirdilər. İndi isə hesab edirəm ki, mövcud yanaşmanı dəyişməliyik. Elm və Təhsil Nazirliyi artıq bununla bağlı işlər aparır, yəni söhbət ictimai müzakirələrdən gedir. Hesab edirəm ki, biz bu istiqamətdə davamlı təkmilləşməni etməliyik”.
Ekspertin sözlərinə görə, ölkəmizdə kurikulum təhsil proqramı ilə paralel olaraq digər təhsil proqramlarının da tətbiq edilməsinə ehtiyac var. O, qeyd edib ki, təhsil proqramlarının hazırlanması zamanı müvafiq olaraq şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır: “Bizim ölkəmizdə konkret olaraq orta təhsil proqramları kurikulum sisteminə uyğun götürülür. Ali təhsil müəssisələrində isə balonya sisteminə keçid aldığımız üçün sırf bu cür təhsil proqramlarına daha çox üstünlük verilir. Təbii ki, müəyyən təhsil proqramların hazırlanmasında müvafiq olaraq onların daha əlçatan olması arzuolunandır. Yəni, istər müəllimlər tərəfindən, istərsə də, şagirdlər, yaxud da tələbələr tərəfindən dərsliklərin daha asan mənimsənilməsi və akademik göstəricilərə təsir edəcək proqramların tətbiq olunması vacibdir. Ümumiyyətlə, biz dünyada gedən prosesləri izləsək rəqəmsal formada, eyni zamanda daha əlverişli öyrənmək imkanlarının olduğu proqramların təhsil sistemində tətbiq olunduğunu görərik. Fikrimcə, bu proqramların ölkəmizdə tətbiq olunması daha münasib olardı”.
E. Əfəndinin sözlərinə görə, çalışmalıyıq ki, ölkəmizdə kurikulum təhsil proqramı ilə paralel olaraq digər daha əlverişli təhsil proqramlarını da tətbiq edək: “Məsələn beynəlxalq sistemdə bu barədə Təhsil İnstitutu tərəfindən müvafiq araşdırmalar aparılmalı, hansı ölkələrin təhsil proqramı həmin ölkənin istər müəllimləri tərəfindən, eyni zamanda şagirdlər və tələbələri tərəfindən daha asan mənimsənilirsə, məhz o proqramların tədricən ölkəmizdə tətbiq olunmasına çalışmalıyıq. Qaldı ki, proqramların hazırlanması məsələsinə, əlbəttə ki, burada müvafiq olaraq şagirdlərin yaş xüsusiyyətləri, ümumiyyətlə, müəllimlərin bunu necə tədris etmələri mütləq şəkildə nəzərə alınmalıdır. Bu kimi amillərə diqqət ayrılsa, fikrimcə, daha yaxşı olar”.
Y.BAYRAMOVAMəqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54

