Azərbaycan diasporunun dinamikası
04.04.2024 [10:55]
Mühüm işlər görülür...
Vətən müharibəsindən əvvəl də, müharibə zamanı və sonrasında da Azərbaycan diasporunun aktiv fəaliyyətinin şahidi olmuşuq. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada yalan və saxta təbliğat aparan erməni diasporuna qarşı böyük qələbələr qazanıb. Ölkə başçısı erməni diasporunun Azərbaycana qarşı həyata keçirdiyi yalan təbliğatların dövriyyəyə buraxılmasının qarşısını hər zaman alıb. Eləcə də Azərbaycana qarşı düşmənçilik siyasətinin qarşısının alınmasında çox böyük işlər görülüb.
Azərbaycan diasporunun fəaliyyəti nəticəsində demək olar ki, dünyadakı erməni diasporunun heç bir ciddi fəaliyyətini görmürük. Bunların hamısını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, eyni zamanda diaspor sahəsində də özünü büruzə verib. Təbiidir ki, diasporumuzun bugünkü fəaliyyəti həm dünya ictimaiyyəti tərəfindən, həm də xalqımız tərəfindən yüksək dəyərləndirilir. Məlumdur ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın diasporunun inkişaf etdirilməsi tam təkmilləşmiş şəkildə həyata keçirilməyə başladı. Ulu Öndər bu sahədə qarşıya çox böyük tapşırıq və vəzifələr qoydu. Bunun nəticəsi olaraq da diasporumuz ildən-ilə inkişaf etməyə başladı.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə də bu istiqamətdə öhdəliklər daha da gücləndirildi. Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm tapşırıqlar oldu və diasporumuz bu tapşırıqların öhdəsindən layiqincə gəldi. Biz bu gün fəxrlə deyə bilərik ki, bizim güclü, təşkilatlanmış diasporumuz var.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili bildirib ki, diaspor quruculuğunun və lobbiçiliyin birgə inkişafı dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmazlığını təmin edən şərtlərdən biridir. Onun sözlərinə görə, siyasi baxışından, düşüncə tərzindən asılı olmayaraq, xaricdəki azərbaycanlı elm, mədəniyyət, incəsənət, ictimai xadimlərinin, gənclərinin bir araya gəlməsi təqdirəlayiq haldır: “Azərbaycan diaspor siyasəti düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə çoxtərəfli formatda davam etdirilərək dövrün tələblərinə uyğunlaşdırılıb, bu sahəyə aid konkret addımlar atılıb. Milli mənlik şüuruna, özünüdərketmə prosesinə söykənən strategiyanı yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin Azərbaycan diaspor siyasətinə konseptual yanaşması və lobbiçilik fəaliyyətinin perspektiv cəhətləri barədə mövqeyi bu baxımdan xüsusilə diqqət çəkir. Hazırda Azərbaycanın dinamik inkişafı, daxili və xarici siyasəti, uğurlu regional və beynəlxalq əməkdaşlıq manevrləri, həyata keçirilən iqtisadi layihələr dövlətimizin beynəlxalq arenadakı müttəfiqlərinin sayının artmasına imkan yaradıb. Belə bir şəraitdə məntiqi olaraq diasporumuzun da təşkilatlanma imkanları daha asan gerçəkləşməkdədir”.
T.Allahverdilinin sözlərinə görə, dünyanın bir çox dövlətlərində səfirlik və konsulluqlarımızın, əlaqələndirici təşkilatlarımızın təsis olunması da bu sahənin inkişafına təkan verən amillərdəndir: “Bu rəsmi dövlət nümayəndəliklərimizin xarici ölkələrdə bilavasitə olaraq diaspor quruculuğunu himayəyə cəlb etməsi Azərbaycan diaspor cəmiyyətlərinin, milli icmaların yaranması işini daha da sürətləndirib. Bu instansiyalar ölkələrarası gediş-gəlişi asanlaşdırmaqla xalqlar və ölkələr arasında münasibətlərin qurulmasına, adət-ənənələrə qarşılıqlı hörmət və transformasiyaya öz töhfəsini verir, diplomatik münasibətlərə müsbət təsir göstərir. Başqa prizmadan yanaşıldıqda bu təmsilçiliklərin siyasi əhəmiyyətini də aydın şəkildə görə bilərik. Danılmazdır ki, bu təsisatlar hüquqi baxımdan soydaşlarımızın və həmvətənlərimizin müdafiə olunmasını və himayəsini təmin edir, hərtərəfli əməkdaşlıqlar üçün yeni qapılar açır”.
T.Allahverdili qeyd edib ki, Vətən müharibəsi bir daha ölkə əhalisi ilə yanaşı, xaricdə yaşayan azərbaycanlıların da doğma Azərbaycan naminə bu günü və sabahı üçün mütəşəkkil qüvvəyə çevrildiyini göstərdi: “Dövlətin diqqət və qayğısı sayəsində əldə olunmuş bu böyük nailiyyət Azərbaycanın ata-babalarımızdan qalan irsini göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan məhdud çərçivədə deyil, sərhədləri aşaraq dünyanın 5 qitəsində nüfuzunu gündən-günə möhkəmləndirməyə və qürbətdə yaşayan övladlarının hərtərəfli himayə edə biləcək gücə qadirdir. Məhz görülən əməli işlərin nəticəsində indi Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır və palitrası zənginləşir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33

