QHT-nin inkişafı nə vəd edir?
10.02.2024 [11:00]
Demokratiya amili: İctimai nəzarət və vətəndaş həmrəyliyi
Vətəndaş cəmiyyəti institutları vətəndaş cəmiyyətinin formalaşması və inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu gün müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə kömək etməkdədir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri və ictimai nəzarətin təşkilində QHT-nin rolu böyükdür.
Ölkəmizdə də qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən faktorlardandır. Son dövrlərdə bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimada sahib olublar.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları mövcuddur: “Yaxşı haldır ki, əksər QHT-lər vətəndaş cəmiyyətinin daha da mükəmməl formalaşması prosesində iştirak edirlər. Vətəndaş cəmiyyətinin əsas funksiyalarından biri də hüquqi dövlət quruculuğunda iştirakdır. Bu gün elə məsələlər var ki, onların icrasında vətəndaş cəmiyyəti öz sözünü deyir. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq səviyyəli tədbirlərdə vətəndaş cəmiyyəti gərəkən aktivliyi nümayiş etdirir. Məsələn, “Avroviziya-2012” yarışmasını, Yaxud, Bakıda keçirilən ilk Avropa Oyunlarını misal gətirək. Hamımız müşahidə etdik ki, QHT-lər mötəbər beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsinə öz səlahiyyətləri çərçivəsində nə qədər iş gördülər. İctimaiyyətin maarifləndirilməsi, ictimaiyyətə düzgün məlumatların çatdırılması, hətta bəzi neqativ xarakterli hərəkətlərin qarşısının alınmasında da vətəndaş cəmiyyəti institutları fəal oldular”.
R.Zeyni qeyd edib ki, vətəndaş cəmiyyəti institutları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında da mövcuddur: “Vətəndaş cəmiyyəti təşkilatları fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verir. Bu təşkilatların fəaliyyəti ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, idarəetmədə və qərar vermədə əks mərkəzləşmə, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşmasına yönəlib. Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu, həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür”.
Haqq səsimizi dünyaya çatdıra bilərik...
QHT sədri vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğundakı aktiv fəaliyyətinə də diqqət çəkib: “İctimai nəzarətin yaradılmasında məqsəd müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılmasına nail olmaq, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Hüquqi dövlət quruculuğunun nizamlı xətt üzrə aparılmasına müsbət təkan verəcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir”.
O vurğulayıb ki, dövlət QHT-nin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır: “QHT-nin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da
QHT-nin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrinin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrinin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır. QHT-nin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, Avropa İttifaqını, BMT-ni və digər böyük təşkilatları bu istiqamətdə həm məlumatlandırsın, həm də onları Qarabağda quruculuq prosesinə, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin”, - deyə R.Zeyni qeyd edib.
Müsahibimizin şərhindən də göründüyü kimi, ölkə rəhbərliyi tərəfindən vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılır. Bu islahatların dövlətimizin daha da sürətlə inkişaf etməsinə, xalqımızın rifahının yüksəlməsinə güclü təkan verəcəyinə dərin zəmin yaradır.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25

