Ekoloji siyasət
08.11.2023 [11:40]
Y.SAHİB
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan düzgün istifadə hər zaman ümumbəşəri problemlərdən biri olub. Qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər son illər aktuallığını qoruyaraq narahatlıq doğuran hadisələrdəndir. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılır.
Ətraf mühitin müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul olunur və icra edilir. Bu gün nəinki Azərbaycan, həmçinin bütün dünya ölkələrinin ətraf mühitin qorunması məqsədilə plastik və polietilen məhsullardan istifadənin azaldılmasına start verilib. Çıxış yolu kimi plastik torbalarla alış-verişə davam edən obyektlərin vergiyə cəlb olunmasına, bəzilərində isə pulla təklifinə başlanılıb. Buna baxmayaraq, təəssüflə qeyd etməliyik ki, polietilen və plastik məhsullardan istifadə halları davam edir.
“Polietilen bəlası”- ekoloji epidemiya
Statistik məlumatlara görə, hazırda dünyada hər dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Hətta bəzi hallarda həmin torbalar hara və necə gəldi, atılır. Çoxları isə bunun ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Belə ki, ekoloqların araşdırmalarına görə, polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə, polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir.
Dövlət orqanları qarşısında vacib vəzifə...
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, insanların sağlamlığının mühafizəsi dövlət orqanlarının qarşısında həlli vacib olan vəzifə kimi qarşıya qoyulur. Deputat qeyd edib ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə zəruri tədbirlər həyata keçirir. Görülən işlər təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə ətraf mühitin komponentlərinin bərpasında böyük rol oynayır. Bütün bunlar respublikamızın ərazisində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında böyük irəliləyişlərə səbəb olur”.
Ətraf mühiti çirkləndirən amillər...
Deputatın sözlərinə görə, ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusilə də ətraf mühiti çirkləndirən əsas faktorlardan olan plastik tullantıların düzgün idarə olunmamasıdır: “Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində ETSN genişmiqyaslı təbliğat kampaniyası aparıb. Plastik tullantıların ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri barədə dəfələrlə məlumatlar verilib. Eyni zamanda dünya ölkələrinin plastik və polietilen qablaşdırmalardan imtina və istifadəsinin məhdudlaşdırılması ilə əlaqədar təcrübələri diqqətə çatdırılıb. Bu tullantıların ətraf mühitə mənfi təsiri barədə maarifləndirmə işləri aparılıb.
Alternativ enerji mənbələrindən yararlanmalıyıq
M.Məmmədov qeyd edib ki, ekoloji tarazlığın pozulmasında antropogen təsirlərin, iqlim dəyişmələrinin-anomal iqlim şəraiti, təbii fəlakətlərin artmasının da böyük rolu var: “Məişət tullantılarının tələb olunan səviyyədə idarə olunmaması, meşələrin, flora və faunanın qorunmaması, plastik tullantıların artması da ətraf mühitə öz mənfi təsirini göstərir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi mühüm amildir. İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq lazımdır. Qlobal ekoloji problemlər üzrə milli səviyyənin qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizdə ekoloji siyasətin əsas istiqamətləridir və bu yöndə zəruri tədbirlər həyata keçirilir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

