Dünya həqiqətləri bilməlidir
08.04.2023 [11:40]
Nicat Dilqəmli
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə dövlətimizin yalnız hərb meydanında deyil, siyasi arenada da yüksək nüfuz sahibi olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycanın informasiya müharibəsində qazandığı parlaq qələbədir. Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 gün ərzində Ermənistan tərəfindən törədilən qeyri-insani əməllərin, müharibə cinayətlərinin dünya ictimaiyyətinə dəqiq, obyektiv, qərəzsiz şəkildə çatdırılmasında, dünyada ölkəmizə qarşı düzgün ictimai rəyin formalaşdırılmasında ictimai fəalların, media orqanlarının, jurnalistlərin böyük rolu oldu. Proseslərə rəhbərliyi isə dövlətimizin başçısı Öz üzərinə götürdü - həm Ali Baş Komandan kimi döyüşlərə nəzarət etdi, həm də informasiya müharibəsində bütün rəqibləri yüksək peşəkarlıqla susdurdu. İkinci Qarabağ müharibəsi dövründə Prezidentin dünya ölkələrinin 30-dan çox KİV-nə müxtəlif səviyyələrdə verdiyi müsahibələr bizə bu istiqamətdə də uğur qazandırdı. Dövlət başçımızın ensiklopedik biliyə sahib olması, verilən sualları beynəlxalq hüquq normalarına uyğun formada, haqq və ədaləti qoruyaraq, səbrli və təmkinli şəkildə cavablandırması ciddi əhəmiyyətə malik idi. Dövlətimizin başçısı bəzən sual verənlərin qərəzli mövqelərini ifşa edir, onların özünü ittiham edirdi. Həmin dövrdə jurnalistlər və ümumilikdə bütün media orqanları da Prezidenti nümunə götürərək silaha sarıldı.
Ön cəbhədə olduğu kimi, arxa cəbhədə də fəallıq göstərən vətəndaşların əksəriyyəti gənc nəslin nümayəndələri idi. Yüksək intellektə, dərin analiz qabiliyyətinə və bir neçə xarici dil biliyinə sahib olan ölkə gəncləri informasiya müharibəsində peşəkarcasına yaxından iştirak edirdi. Gənclərin sosial şəbəkə alətləri ilə istifadə bacarığına sahib olması isə məlumatların yayılmasını bir qədər də sürətləndirmiş olurdu.
Həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycan humanizm prinsiplərini rəhbər tutdu. Buna baxmayaraq, mənfur düşmən həm müharibə qanunlarını, həm də ümumi insani dəyərləri kobudcasına pozaraq öz milli xarakterini yenidən göstərdi. Ermənistanın heç bir prinsipə uyğun olmayan bu cinayət əməlləri artıq bütün dünyaya məlumdur. Təbii ki, bu da biləvasitə informasiya cəbhəsində yüksək peşəkarlıqla yerinə yetirilən çoxşaxəli, məqsədyönlü işlərin nəticəsidir. Azərbaycanın həm müharibə qanunlarına riayət etməsinə, həm də humanizm prinsiplərinə sadiqliyinə cavab olaraq Ermənistan tərəfinin atdığı addımlar heç də təəccüb doğurmadı və doğurmur. Doğurmur ona görə ki, hərb meydanında gedən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatsa da, həm informasiya cəbhəsində, həm də siyasi müstəvidə görüləsi işlər çoxdur. Buna səbəb isə Ermənistanın revanşist dairələrinin riyakar planlarını həyata keçirmək niyyətində olmasıdır. Şübhəsiz ki, bu dırnaqarası planlar xülyadan artıq nə isə deyildir. Lakin postmüharibə dövründə Ermənistanın təxribatları bir daha onu göstərdi ki, belə məsələlərdə dayanmaq olmaz.
Elə bir neçə gün bundan öncə səhhətində problem yaranan üç erməni əsilli vətəndaşın Azərbaycanın təcili tibbi yardım avtomobili ilə Xankəndiyə çatdırılmasını Ermənistanda bəzi dairələrinin, təbliğat maşınının aparıcı qüvvələrinin məsələyə başqa cür yanaşmaq istəməsi də deyilənləri bir daha təsdiq edir. Heç şübhəsiz, Azərbaycan təcili tibbi yardım avtomobilinin Xankəndi şəhərinə getməsi, orada olan səhhətində problem yaranmış insanlara yardım etməsi ilə bağlı erməni təbliğat maşını tərəfindən məsələnin belə bir təəccüblü şəkildə şişirdilməsi, hadisəyə fərqli don geyindirməyə çalışması hansısa müsbət nəticələr hasil edə bilməz.
Təbii ki, belə faktlar kifayət qədər çoxdur. Bu səbəbdən də informasiya müharibəsində, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəallığın qorunub saxlanılması olduqca əhəmiyyətli və vacibdir. 44 günlük Vətən müharibəsindəki təcrübə Azərbaycanın informasiya müharibəsindəki gücünü bir daha göstərdi. Qazanılan uğurlar, həm də onu deməyə əsas verir ki, istər media nümayəndələri, istərsə də ümumilikdə bütün vətəndaşlar informasiya müharibəsində mübarizə aparmaq üçün bütün imkanlara sahibdirlər. Unutmaq olmaz ki, informasiya müharibəsi yeni texnoloji vasitələrlə davam edir. Bu səbəbdən də milli vətənpərvər ruhda olan bütün sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qorumağa xidmət etmək əzmində olmalıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

