Qayıdış davam edir
22.11.2022 [10:32]
Nicat
Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın bütün bölgələrində uğurlu nəticələr əldə olunmaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən daxili və xarici siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın bütün şəhər və rayonları inkişaf edir, abadlıq-quruculuq işləri yüksək səviyyədə icra edilir. Dövlət başçısının regionlara mütəmadi olaraq səfərlər etməsi, prosesləri şəxsən nəzarətdə saxlaması, açılış və təməlqoyma mərasimlərində iştirak etməsi ölkə rəhbərinin regionların inkişafına xüsusi diqqət yetirdiyinin əyani nümunələrindən biri, bəlkə də ən birincisidir.
Bu yerdə Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət Proqramlarını xüsusilə qeyd etməkdə böyük fayda var. Qeyd edilən dövlət proqramlarının ölkəmizin tərəqqisində xüsusi rolu və əhəmiyyəti var. Məhz Dövlət Proqramlarının uğurla, yüksək səviyyədə icra edilməsi respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Deyilənlərin təsdiqi olaraq regionlarda əhalinin istifadəsinə verilən müxtəlif həcmli müəssisələri, müasir infrastrukturun yaradılmasını və digər bir çox uğurları nümunə gətirmək olar.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Hazırda respublikanın bütün digər şəhər və rayonlarında olduğu kimi, işğaldan azad edilmiş ərazilərində də vətəndaşların həyat şəraitinin yüksəldilməsi istiqamətində işlər davam etdirilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-bərpa-quruculuq işləri Böyük Qayıdışın reallaşmasını təmin edən ən əsas şərtlərdən biridir.
Xatırlatmaq yerinə düşər ki, 7 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı. Hazırda müvafiq sənəd əsasında yaradılan iqtisadi rayonlara daxil olan ərazilərin inkişaf etdirilməsi, bu ərazilərdə müasir infrastrukturun qurulması xüsusi olaraq diqqət mərkəzində saxlanılmaqdadır.
Görülən işlərin məqsədi keçmiş qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə, ən qısa zamanda qayıdışını təmin etməkdən ibarətdir. Məlum olduğu kimi, artıq bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Cəmi bir neçə ay sonra isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa - Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü.
Bu ilin dekabr ayında daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Ağalı kəndində 200 ağıllı evin tikintisi nəzərdə tutulub: “Onlardan 87-si tikilərək istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir. Hazırda Ağalıda kiçik sahibkarların yerləşdirilməsi işləri aparılır və istehsal prosesinin yaradılması planlaşdırılır. Kənd əhalisinin əksəriyyəti işlə təmin edilib”.
Regionlarda həyata keçirilməkdə olan layihələrin miqyası, əldə olunan nailiyyətlər, müasir infrastruktur - bütün bunlar dövlət tərəfindən regionların inkişafına göstərilən xüsusi diqqətin ən bariz nümunələrindəndir. Görülən işlər onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafı bundan sonra da davam etdiriləcək. Bu isə paytaxtla yanaşı, regionlarda yaşayan vətəndaşların da həyat şəraitinin daha da yaxşılaşdırılması deməkdir.
“Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

