Zəfərdən doğan hüquq və azadlıqlar
06.11.2022 [11:00]
Azərbaycan Qarabağda təhlükəsizliyi təmin edir
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır
Günel ABBAS
Azərbaycan 44 günlük müharibədə qazandığı Zəfərdən sonra Qarabağı həm iqtisadi, həm də hüquqi təminatı altına aldı. Zəfərin ardından Qarabağda məskunlaşan ermənilərin hüquq və azadlıqları ilə bağlı müəyyən tərəddüdləri olsa da, bu qorxular dövlətimizin iradəsi nəticəsində aradan götürüldü. Azərbaycan çoxmillətli ölkə olduğundan konstitusiyamıza görə bütün millətlərə bərabər hüquqlar təmin edilir. Ona görə də, dövlətimiz Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, bütün millətlərin hüquq və təhlükəsizliyinin qayğısına qalacaq. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Bu mənada Brüssel bəyanatı da Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərdi. Heç şübhəsiz onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.
Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, artıq Ermənistan Qarabağda Azərbaycanın ali hüquqlarını qəbul edib və orada yaşayan ermənilərin təhlükəsizlik və hüquqları məsələsini Azərbaycanın daxili işi hesab edir: “Əvvəllər Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycan qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Təsadüfi deyil ki, Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirib. Bu, o anlama gəlir ki, Ermənistan Dağlıq Qarabağa olan bütün iddialarından geri çəkilib. Əslində, bunu bütün dünya da belə qəbul edir. Üçtərəfli Bəyanatda və sonrakı mərhələdə vasitəçilərin səyləri ilə imzalanan sənədlərdə “Dağlıq Qarabağ münaqişəsi” və yaxud “status” ifadələrinə, ümumiyyətlə, rast gəlinmir”.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin təlaşa düşmələrinin və yeri gəldi-gəlmədi Qarabağ ermənilərinin hüquqlarından danışmaları gərəksizdir: “Respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir. Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Bu məqamda dövlət başçımızın bəyanatını xatırlamaq yerinə düşər: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
N.Həmzəyev qeyd edib ki, ən önəmli məsələlərdən biri ermənilərin əmək bazarına inteqrasiyası ilə bağlıdır: “Hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır. Burada keçmiş sovet dönəmində qurulan müəssisələr işğal illərində dağıdılıb və avadanlıqları satılıb, yeniləri isə yaradılmayıb. Azərbaycan postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Çoxsaylı layihələrin icrasına işçi qüvvəsi tələb olunur. Azərbaycan pasportu daşıyacaq ermənilərin bu işlərə cəlb edilməsində hər hansı bir problem olmayacaq.
Məhz bu səbəblərdən ötrü Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ümumiyyətlə, bölgənin söz sahibinin Azərbaycan olması artıq müzakirə mövzusu deyil və bu reallığı Ermənistanda da dərk edirlər. Bu mənada rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəliklərinə sadiq olduğu kimi, Ermənistan da eyni mövqeni sərgiləməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24

