Təhsildə yeni çağırışlar
06.09.2022 [10:46]
Müasir hədəflər, innovasiyalar
P.İSMAYILOV
Təhsil hər bir xalqın sabahına, gələcəyinə aparan yoldur. Bu yolun təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması isə zamanın tələbidir. Təhsil sahəsinin inkişafı Azərbaycanda da prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir.
Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirilməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyət istiqaməti keyfiyyətin dayanıqlılığını təmin etmək və müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq üçün bütün potensial imkanlar səfərbər edilib. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi, həmçinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir.
Ən əsası təhsilin inkişafında innovativliyə, müasirliyə keçid ən mühüm tədbirlərdəndir. Bu gün Azərbaycanda tətbiq olunan tədris proqramları yeni dövrün çağırışlarına tam cavab verir. Yeri gəlmişkən, noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək. Forum “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda təşkil olunacaq. Təhsil İnstitutundan verilən məlumatda bildirilib ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Daha təhsilli gələcək” şüarı ilə keçiriləcək forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək. Forum “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini, İƏİT-nin “Təhsil və bacarıqların gələcəyi - 2030” sənədini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsil məsələsini rəhbər tutur. Forumun əsas məruzəçisi İƏİT-nin Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer olacaq. Forumda iştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Əyani iştirak yalnız dəvətnamə ilə mümkün olacaq. Arzu edən iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu ötən ilin oktyabrın 1-də keçirilib. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, beləliklə təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutan forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edib. Forumun açılış çıxışı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tərəfindən edilib. On beş minə yaxın mütəxəssisin qoşulduğu birinci və ikinci forumlarda əsas məruzəçi isə Andreas Şleyxer olub. Forumda tanınmış təhsil mütəxəssisləri Filip Kotler, Sal Khan, Maykl Fullan, Anant Aqarval və digərləri çıxış ediblər.
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda da dünya şöhrətli təhsil mütəxəssislərinin çıxış edəcəyi gözlənilir.
Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri “qara qızıl”ın intellektual kapitala çevrilməsidir. 2004-cü ildə bəyan edilmiş “qara qızıl”ı insan kapitalına çevirmək strategiyasında elmin və təhsilin oynadığı başlıca rol daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycanda həm təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də yüksəkkeyfiyyətli tədris prosesinin həyata keçirilməsi mühüm yer tutur. Bu gün Azərbaycanda innovativ biliklərə və tətbiqlərə əsaslanan yeni texnologiyaların yaradılması, innovativ və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına, universitet və elmi-tədqiqat müəssisələrində elmi və innovativ proseslərin idarə olunmasına, prioritet istiqamətlərin düzgün və çevik olaraq müəyyənləşdirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, təhsilalanlarda, müəllim və alimlərdə yaradıcı və innovativ yönümlü düşüncənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Bu səbəbdəndir ki, Azərbaycan dünyada sürətlə inkişaf edən və modernləşən dövlət kimi tanınır və qəbul edilir, beynəlxalq indekslər üzrə sıralamada inamla irəliləyir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20

