Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ali məqsəd insan hüquqlarının müdafiəsidir

Ali məqsəd insan hüquqlarının müdafiəsidir

18.08.2022 [10:35]

İnsan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi

Yeganə BAYRAMOVA

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial-siyasi fəallığının artırılması dövlətin ən mühüm siyasi xətlərindən biridir. Konstitusiyamızın 12-ci maddəsində də müəyyən edilib ki, insan hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Cəmiyyətimizdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə 27 dekabr 2011-ci ildə Milli Fəaliyyət Proqramı qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir.

Günahkarı bağışlamağı bacarmaq...

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması idi. Əfvetmə institutunun bərpası və Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilməlidir. Ulu öndərin təşəbbüsü ilə 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu.

Hər şey insan üçün

Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyev də bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atır. Sözün həqiqi mənasında dövlət başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Təkcə bir faktı diqqətə çatdıraq ki, Prezidentin sərəncamları ilə son illər minlərlə sayda məhkum azadlığa buraxılıb. Dövlət başçısının indiyədək imzaladığı əfv sərəncamları və amnistiya aktları da bunun əyani sübutudur. Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə də bir neçə dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycan Prezidenti, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən  hüquqşünas Kamal Əzimli bildirib ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Onun sözlərinə görə, tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur.

Hüquqşünas qeyd edib ki, həqiqətən ölkəmiz demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub: “Bütün bunlar isə gələcəyə daha inamla baxmağa imkan verir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.

K.Əzimli vurğulayıb ki, dövlətimiz hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir: “Hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəliklər insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də, həyata keçirmək vəzifələrini ehtiva edir. İnsan hüquqları, azadlıqları dedikdə, bütün insanların malik olduğu hüquqlar başa düşülür. Bu hüquq və azadlıqları insan doğulduğu andan əldə edir. Konstitusiyanın müvafiq maddəsində qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz, toxunulmaz hüquq və azadlıqları var, bu hüquq və azadlıqlar onların cəmiyyət və digər şəxslər qarşısında öhdəliklərini özündə əks etdirir. Bu, insan hüquqlarının təbii mənşəyə malik olmasını tanıyır. İnsan hüquqları içərisində ən mühümü yaşamaq hüququdur. Bütün digər hüquqlar yaşamaq hüquqları ətrafında cəmləşir. Hüquqi dövlətdə bütün vasitələrlə insanın yaşamaq hüququ müdafiə olunur. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31