İnformasiya cəbhəsinin güclü sərkərdəsi!
23.07.2022 [11:05]
Yeganə BAYRAMOVA
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 ilə yaxın ermənilərin işğalında olan torpaqlarımızı azad etməsi, ərazi bütövlüyümüzün bərpası müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.
44 günlük Vətən müharibəsi dövründə ölkə başçısının beynəlxalq qurumların nümayəndələri ilə danışıqları, dünyanın nüfuzlu mətbuat orqanlarına müsahibələri, Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılması bu tarixi qələbənin qazanılmasında çox mühüm rol oynadı. Rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin işğal altında olan əraziləri, ümumilikdə 300-dən çox şəhər, qəsəbə, kənd, çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından azad edildi. Alınmaz Şuşa qalasının azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanı kimi dillərə düşdü.
Dünya hərb tarixində dərsliklərə düşən hərbi taktika Ermənistanı diz çökməyə, ağ bayraq qaldıraraq təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Bu müharibədən sonra beynəlxalq aləm işğalçı Ermənistanın 30 il ərzində həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin, vəhşiliklərin əyani şəkildə şahidi oldu. Lakin dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər, hətta bəzi ölkələrdə siyasi təsir gücünə malik erməni lobbisinin fəaliyyəti nəticəsində bir sıra kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun dinc ermənilərə divan tutması barədə məqalələr dərc edir, bununla da xalqımız haqqında beynəlxalq aləmdə terrorçu obrazı formalaşdırırdılar. Böhtan və yalanla dolu olan həmin məqalələrdə onlar tarixi faktları saxtalaşdıraraq Qarabağın Ermənistanın ərazisi olması barədə dünya ictimaiyyətini inandırmağa çalışırdılar. Ancaq cənab Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələrində, həmçinin mötəbər beynəlxalq qurumların tədbirlərində, hətta koronavirusun tüğyan etdiyi bir vaxtda da videoformatda keçirilən zirvə görüşlərində və digər tədbirlərdə faktlara əsaslanaraq ermənilərin bu yalanlarını alt-üst etdi. Ermənistanın işğalçı siyasəti, terror aktları barədə ətraflı məlumat verməsi dövlət başçımızı informasiya cəbhəsinin də müdrik sərkərdəsinə çevirib.
Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinin müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın etdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Paşinyan müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27-dən də əvvəl videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə məlumat vermişdi. Qarabağ münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla əsaslandırmışdı.
Dövlət başçımızın informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda videoformatda çıxış edən Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanın məkrli planları barədə tədbir iştirakçılarına ətraflı məlumat verməsi informasiya cəbhəsinin növbəti uğuru idi.
Dövlət başçımızın mötəbər tribunalardakı çıxışları, müxtəlif aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr ermənilərin ölkəmizi informasiya blokadasına almaq cəhdlərini darmadağın etdi. Möhtərəm Prezidentimiz həm Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm də dövlət başçısı kimi, həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edib. Azərbaycan Prezidenti “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində ermənilərin işğalçı siyasəti, mülki əhalini hədəfə alması, münaqişənin dinc vasitələrlə nizamlanmasından boyun qaçırması və qadağan olunmuş silahlardan atəş açması barədə ətraflı məlumat verib. Eləcə də Yaponiyanın “Nikkei” qəzetinə, Amerikanın “Fox News” telekanalına, Fransanın “Figaro” qəzetinə, İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini çatdıraraq Azərbaycana qarşı feyk xəbərləri ifşa edib. Bununla da Ermənistan həm döyüş, həm də informasiya meydanında acınacaqlı məğlubiyyətə uğradı. Dövlətimizin başçısı müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin müdrik sərkərdəsi olduğunu bir daha təsdiqlədi. Prezidentin müsahibələrindən sonra artıq erməni yalanlarına inanan yoxdur. Bunun nəticəsində də dünya ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı feyk məlumat əldə edə bilmir. Azərbaycan Prezidentinin dünyaca məşhur KİV-lərə verdiyi çoxsaylı müsahibələr elə məhz bu informasiya və ekspert blokadasını qırmaq məqsədini daşıyırdı.
Dövlətimizin başçısı bu müsahibələrdə dünya ictimaiyyətinə onların az məlumatlı olduqları vacib məqamları çatdırdı. Bu məqamlardan biri Qarabağın sovet hakimiyyətindən əvvəl də Azərbaycanın bir hissəsi olmasıdır. Ölkə Prezidenti sovet hakimiyyətinin 1920-ci illərin əvvəlindəki qərarına əsasən, Qarabağın Azərbaycana verilmədiyini, sadəcə, Azərbaycanın bir hissəsi olaraq saxlanıldığını vurğulamışdı. Bundan əlavə BMT kimi əsas beynəlxalq qurumların, ilk növbədə, Azərbaycanın Qarabağ üzərindəki suverenliyini birmənalı olaraq tanıdığını vurğulamaq vacibdir. Bununla əlaqədar Prezident bütün müsahibələrində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olduğunu xatırladıb.
Dövlətimizin başçısı ordumuzda guya muzdluların olması barədə ermənilərin uydurduqları dezinformasiyanı İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibəsində də rədd edərək, bütün bunların böhtan və dezinformasiya olduğunu bildirmişdi. Dövlət başçısı ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etmişdi. Prezident bildirmişdi ki, bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir!
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13

İqtisadiyyat
27 Sentyabr 15:12

Xəbər lenti
27 Sentyabr 14:45

Siyasət
27 Sentyabr 14:42

Xəbər lenti
27 Sentyabr 14:39

Xəbər lenti
27 Sentyabr 14:17

Xəbər lenti
27 Sentyabr 14:10

Xəbər lenti
27 Sentyabr 14:08

Xəbər lenti
27 Sentyabr 13:54

Xəbər lenti
27 Sentyabr 13:32

Xəbər lenti
27 Sentyabr 13:12

Xəbər lenti
27 Sentyabr 13:00

Xəbər lenti
27 Sentyabr 12:54

Turizm
27 Sentyabr 12:32

Xəbər lenti
27 Sentyabr 12:24

Siyasət
27 Sentyabr 12:20

Xəbər lenti
27 Sentyabr 12:10

Xarici siyasət
27 Sentyabr 12:03

Xəbər lenti
27 Sentyabr 12:01

Xəbər lenti
27 Sentyabr 11:57

Xəbər lenti
27 Sentyabr 11:56

İqtisadiyyat
27 Sentyabr 11:51

Xəbər lenti
27 Sentyabr 11:48

MEDİA
27 Sentyabr 11:40

Xəbər lenti
27 Sentyabr 11:30

Xəbər lenti
27 Sentyabr 11:23

Sosial
27 Sentyabr 11:22

Siyasət
27 Sentyabr 11:10

Xəbər lenti
27 Sentyabr 11:09

İqtisadiyyat
27 Sentyabr 11:00

Siyasət
27 Sentyabr 10:50

İqtisadiyyat
27 Sentyabr 10:40

Siyasət
27 Sentyabr 10:30

Gündəm
27 Sentyabr 10:29

Siyasət
27 Sentyabr 10:20

Xəbər lenti
27 Sentyabr 10:18

Siyasət
27 Sentyabr 10:10

Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25
