Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Balansı necə qoruyaq?

Balansı necə qoruyaq?

15.07.2022 [10:18]

Gender bərabərliyinin təmin edilməsi prioritetdir

Nicat

Gender problemi, gender bərabərliyinin təmin olunması bir çox ölkədə aktual problemlər sırasında dayanır. Xüsusilə qeyd etmək lazımdır ki, heç də hər kəs cinslərin sosial bərabərlik nəzəriyyəsini birmənalı şəkildə qəbul etmir. Bəzi tənqidçilər hesab edirlər ki, qadın və kişilərin təbiəti fərqlidir və bu fərqlər yalnız fizioloji deyil, psixoloji sahəni də əhatə edir. Bu nəzəriyyəçilərin iddialarında bildirilir ki, texniki və texnoloji tərəqqiyə baxmayaraq, müəyyən fəaliyyət sahələrində ya qadınların, digərlərində isə əksinə, kişilərin çalışmaları məqsədəuyğun hesab edilir. Onların qənaətinə görə, fəaliyyət sahələrinin cinsi kateqoriyalara uyğun şəkildə bölgüsünün aparılması hər iki cinsin nümayəndələrini daha xoşbəxt edə bilər. Aparılan araşdırmaların nəticələri onu deməyə əsas verir ki, “Gender bərabərliyi” ifadəsini heç də hər kəs düzgün başa düşmür. Bir çox hallarda fikirlər haçalanır. Bu ifadəni qadınlar və kişilər hərəsi öz xeyrinə, özlərinə daha çox sərf edən tərəfə yozmaqla ifadə etməkdədirlər. Məhz bu səbəbdən də vətəndaşların gender bərabərliyi mövzusunda keçirilən təlim və seminarlarda iştirakı olduqca əhəmiyyətlidir.

Ölkəmizdə də gender probleminin həlli yollarının tapılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxmaqdadır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, bununla yanaşı qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb. Belə ki, ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edən, gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı il oktyabrın 10-da Azərbaycan Prezidenti tərəfindən imzalanıb. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir. 2010-cu ildə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Qanunvericilik gender bərabərliyi üçün hüquqi bazadır. Qanunlar öz-özlüyündə dövlətin siyasi iradəsinin bir göstəricisi kimi çox vacib rol oynayır.

Son illər Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində mütərəqqi addımlar atılmaqdadır. Ekspertlərin sözlərinə görə, son 10 ildə ölkədə qadın və kişilər arasında bərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Belə ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, müsbət işlər də az deyil. Qeyd etmək yerinə düşər ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib və qadınların idarəçilikdə rolunun artırılması istiqamətində digər addımlar atılıb. Yalnız nəzərə alınmalıdır ki, gender bərabərliyi təkcə kadr siyasəti ilə ölçülmür. Qanunvericiliyə müəyyən yeniliklərin (dəyişikliklərin) əlavə edilməsi də gender bərabərliyi istiqamətində aparılan siyasətin tərkib hissəsidir. Bələdiyyə orqanlarında qadınlarla kişilər arasında balans yaradılıb. Qadın müəllimlərin, həkimlərin sayı daha çoxdur.

Məsələnin həlli istiqamətində mütəxəssislər tərəfindən yeni-yeni layihələr, konsepsiyalar hazırlanır, diskriminasiyanın qarşısının alınması istiqamətində işlər görülür. İctimaiyyətin xüsusi həssaslıqla yanaşdığı bu məsələnin həllində önəmli rol oynayan sahələrdən biri də mediadır. Media mənsubları yalnız məişət zəminində yox, bütün sahələrdə bu bərabərliyin təmin edilməsinə xüsusi həssaslıqla yanaşmalıdır.

Deyilənlərdən belə qənaətə gəlmək olur ki, dövlət öz öhdəsinə düşən addımları atır, bu istiqamətdə mövcud olan problemlərin aradan qalxması üçün tədbirlər həyata keçirir. Bütöv cəmiyyətin savadlılığının təmin edilməsi üçün isə hər birimiz səfərbər olmalıyıq. Bununla da hər kəs gender balansının qorunmasına, gender bərabərliyinə şahidlik etmiş olacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 128 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31