Vətənpərvərlik ruhu və din əxlaqı
06.04.2022 [10:27]
Təxminən 30-40 il öncə oruc tutmaq deyəndə bunun yalnız nənələr, babalar üçün vacib olduğunu düşünərdik. Gənclərin dini ayinlərə riayət etməsi geniş yayılmamışdı. Mübarək Ramazan günlərini yaşadığımız bu günlərdə gənclərin, yeniyetmələrin İslam əxlaqına ən gözəl şəkildə sahiblənməsini görmək qürurvericidir. Tarix boyu din ən güclü silah olub. Ona kor-koranə əməl edilməsi xurafata, bilgiylə, Allah sevgisiylə yanaşılması humanizmin yüksəlişinə səbəb olur. II Qarabağ müharibəsində düşmən üstünə gedən, gözünü qırpmadan canını qurban etmək üçün döyüşə atılan igidlərimizin hər birinin son cümləsi “Vətən üçün şəhid olmaq şərəfdir” oldu. Ölkə başçısının dediyi kimi, döyüşə atılmış on minlərlə gəncimizin biri də fərarilik etməmişdi, döyüşlərə qatılmaq üçün gənclərimiz uzun növbələr yaratmış, bu böyük zəfərdə bir zərrə də olsun paylarının olmasını istəmişdilər. 30 il Qarabağsız böyümüş bir nəsil Qarabağ üçün can verməyə hazır dayandı. Bu illər ərzində yeyilmiş halal çörəyin, verilmiş düzgün tərbiyənin bəhrəsiydi.
İlhamə HƏKİMOĞLU
Bu gün sizə bir azərbaycanlı gənc barədə danışacam. Onu ölkəmizdə çoxları tanıyır. Ekoloji problemlərə diqqət çəkmək üçün bütün Avropanı çiynində Azərbaycan bayrağı ilə piyada gəzmiş Harvard və Moskva Biznes Məktəbinin məzunu, dental marketinq üzrə mütəxəssis Ağa Mehdidən gedir söhbət.
29 yaşlı Ağa Estoniya, Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa, İspaniya, Portuqaliya daxil 10 Avropa ölkəsini (4000 kilometr yolu) əsasən piyada və bəzi hallarda velosipedlə gəzərək, qonaq olduğu evlərdə Azərbaycan mədəniyyətini tanıdıb. Ümumilikdə dünyanın 30 ölkəsində 50-dən çox şəhərə səyahət edən bu gənc daim öz üzərində işləyir. İctimai fəal olaraq ölkə həyatı üçün ən əlamətdar günlərdə Ağa Mehdini Azərbaycanın ən müxtəlif guşələrində görmək olar. II Qarabağ müharibəsində çağırışçılar siyahısında olması da, cəbhə üçün əlindən gələni etdi. Müharibədən sonra da şəhid və qazı ailələrinə etdiyi yardımların sayı-hesabı olmadı. O gah yeni ildə Xınalıqda yaşayan azyaşlılara hədiyyələr aparır, gah soyuq günlərdə şəhər küçələrindəki kimsəsizlərə isti yemək paylayır, gah Bakının müxtəlif kəndlərində açıq kitabxanalar təşkil edir, uşaqları oxumağa həvəsləndirirdi. Bir qarlı gündə küçədə Ağa Mehdini şəhər sakinlərinə isti kofe paylayarkən görəndə heç təəccüblənmədim. O öz ruhundakı sevgini paylaşmasa dayana bilmir. Qardaş Türkiyədə meşə yanğınları zamanı Ağa Mehdi hər kəsdən öncə öz hesabına qardaş köməyinə getdi. Həm də əlidolu. “Ora gedib nə edəcəksən, sən ki, yanğınsöndürən deyilsən?” sualı verənlərə “əlimdən nə gələrsə, onu edəcəm, su daşıyaram, ehtiyacı olanlara kömək edərəm” demişdi. Heç vaxt deməz “bu iş mənlik deyil”. Kiminsə ehtiyacı varsa, Ağa oradadır və əlindən gələn köməyi əsirgəmir. Onu bu hərəkətlərə itələyən qüvvə qəlbindəki imandır. İmanı isə vətəni sevməyi əmr edir. Ağa Mehdi vətən və Allah eşqi ilə yaşayan bir insanın ən gözəl nümunəsidir. Deyir xristianlar İslam dininin ən gözəl cəhətlərindən bəhrələnirlərsə, bunu biz nə üçün etməyək?
“Amerika Birləşmiş Ştatlarının 3-cü prezidenti, ensiklopedik şəxs olmuş Tomas Cefferson Quranı dərindən öyrənmişdi. Bu barədə Duke Universitetinin professoru Bruce Bennett Lavrence “The Koran in English - A Biography” adlı çıxışında qeyd edib.
“Hüquq fakültəsinin tələbəsi olarkən Tomas Ceffersona Quran adında kitabın varlığı, Quranda bəzi qanunların mövcudluğu, ondan faydalanması məlum olub.
Tomas Cefferson Quranın tərcüməsini alıb, oxuyub və ondan istifadə edib.
Onun ferması var idi, fermada baş vermiş yanğın nəticəsində kitabxanası tamamilə məhv olmuşdu.
Buna baxmayaraq Cefferson məhv olmuş kitabların digər nüsxələrini yenidən aldı.
Onun yenidən aldığı kitab nüsxələrindən biri məhz Quranın tərcüməsi idi. 2007-ci ildə Miçiqandan olan Nümayəndələr Palatasının üzvü Keith Ellison ABŞ Konqresində and içərkən Müqəddəs İncil əvəzinə Qurana əl basaraq and içmişdi. Bu Tomas Ceffersonun Quranı idi”, - deyə Ağa maraqlı bir məlumatı da paylaşır.
Hər zaman öz üzərində işləyən, elmə, bilgiyə doymayan bu gənc öz əməlləri ilə başqalarına da nümunə olur. Əgər birisi sənin əxlaqına baxıb sənin dininə gəlmək istəmirsə, demək sən o dini düz yaşamırsan. Bu gün gənclərimizin mənəviyyatının zənginləşməsində elm qədər din də rol oynayır. Bu ikisini paralel öyrənməyi bacarıb, fanatizmə qapılmayanlar, arxadan gələnlərin yoluna işıq tutanlar isə vətənin ən layiqli övladlarıdırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

