Regionlarımız necə inkişaf edir?
05.02.2022 [09:52]
Uğurlar günbəgün artır
Nardar BAYRAMLI
Ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində ərazilərimizin azad edilməsi inkişaf baxımından ölkəmizə əlavə dividendlər qazandıracaq. Çünki kifayət qədər böyük olan bu ərazilərin iqtisadi potensialı da genişdir. Həmin bölgələrdə bərpa və quruculuq işlərinin sürətlə davam etməsi regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlandığını göstərir. Prezident İlham Əliyevin son vaxtlar bölgələrə etdiyi səfərlər yalnız işğaldan azad olunmuş əraziləri yox, digər rayonları da əhatə edir. Bu səfərlər çərçivəsində ənənəyə uyğun olaraq sosial və istehsalyönlü obyektlərin aılışı və təməlqoyma mərasimləri keçirilir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Prezident İlham Əliyev regionalara səfəri zamanı müxtəlif sahələrdə görülən işlərlə tanış olur, tövsiyələrini verir, gələcək planlardan danışır, yerli ictimaiyyətin nümayəndələri ilə ideyalarını bölüşür: “Ölkə başçısının Gəncə şəhərinə son səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin Lokomotiv Deposunun istifadəyə verilməsi deyilənləri bir daha təsdiq edir. Gəncənin nümunəsində bunlar respublikamızda vətəndaşlara xidmətlərin ən müasir səviyyəyə çatdırılması ilə bağlı görülən işlərin təcəssümüdür. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır. Prezidentimizin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə 18-ci səfəri regionların sosial-iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu illər ərzində şəhər elektrik enerjisi ilə tam təchiz edilib. 10 yarımstansiya tikilib və ya təmir edilib.
Qazlaşdırma layihəsi tam icra edilib. Hazırda, içməli su layihəsi icra edilməsi ilə Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Gəncədəki Yeni ASAN Mərkəzi - daha bir mərkəzin açılışı şəhər sakinləri və ətraf rayonların əhalisinə yüksək səviyyədə xidmət edəcək. Xüsusilə qeyd etmək lazımdır ki, “ASAN Xidmət” mərkəzinin işçiləri əsasən şəhid ailəsi üzvləri və qazilərdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib. Yeni depoda 75 nəfər işlə təmin olunacaq. Gəncə İdman Sarayında tikinti işləri gedir. Bu, Azərbaycanda olan ən böyük idman sarayıdır və respublikamızda həyata keçirilən mütərəqqi idman siyasətinin göstəricisidir. Vətən müharibəsi zamanı raket zərbələri nəticəsində evləri dağıdılmış vətəndaşlara dəstək, evlərin bərpası, yeni evlərlə təminatı da dövlətin sosial prioritetlərindəndir. Eyni zamanda, ölkə rəhbəri İlham Əliyev Gəncəyə səfəri zamanı Gəncə Memorial Kompleksinin də təməlini qoyub”.
Millət vəkilinin sözlərinə görə, hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən edərək, yeni dövlət dəstək proqramının olacağını elan etdi. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu proqramlar regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, eləcə də yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Hazırda icra olunan dövlət proqramı da bölgələrin sürətli inkişafını özündə ehtiva edir.
“Dövlət başçısı İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların inkişafını diqqətdə saxlayır və bunu bölgələrə davamlı səfərləri ilə təsdiqləyir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, eyni zamanda, hər səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması ilə yadda qalır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Prezident İlham Əliyev daim çıxışlarında bildirir ki, əhali görülən işlərdən nə zaman razı qalarsa, mən də razı olaram. Dövlət başçısı bu fikirləri ilə bir daha insan amilinə yüksək dəyər verdiyini, dövlət siyasətinin əsasında vətəndaş faktorunun olduğunu təsdiqləyir”, -deyə R.Əliyev vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

