Zəfərimiz necə təbliğ olunur?
01.02.2022 [10:15]
Təhsil proqramlarında dəyişikliklər olacaq
MÜŞFİQƏ
Postmüharibə zamanında qalib Azərbaycan cəmiyyətinin daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qələbə qazanmağa davam etməliyik. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.
Bilirik ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisidir. Bəs, görəsən, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması hansı səviyyədədir?
“Zəfər tarixi” dərsliyi artıq çapdan çıxıb
Yeni tədris ilindən məktəblərdə IX siniflərə tarix müəllimləri tərəfindən tədris ediləcək. “Zəfər tarixi” dərsliyinin müəllifləri Pərviz Ağalarov, Niyaməddin Quliyev, Hafiz Cabbarov, Ramil Tanrıverdi və Talıb Talıblıdır. “Zəfər tarixi” kursunun IX sinifdə tədris olunmasının səbəbi isə həyata atılacaq, müəyyən bilik və bacarıqlara yiyələnmiş, düşünməyi, təhlil etmə bacarığı formalaşmış gənclər artıq bu sinifdə daha geniş şəkildə təqdimat edə və ətraflı məlumatlara yiyələnmiş olmalarıdır. Kitab hazırlanarkən dərsliyin texniki bədii tərtibatına da xüsusi önəm verilib. Qarabağ tarixini, xüsusən şanlı qələbəmizi əks etdirən fotolar geniş yer alıb. Hərbi uğurlarımız şagirdlərə özünəməxsus izah olunub. Bu dərslik vasitəsilə Qarabağın tarixi, münaqişə ilə bağlı uzunmüddətli danışıqlar prosesi, baş verən hadisələrin, zəfərin qazanılması barədə məlumatların Azərbaycan vətəndaşlarına, şagirdlərə çatdırılması təmin ediləcək. Zəfər tariximizin təbliği, onun yeni gələn gənc nəslə aşılanması üçün daha nələr edilməlidir? Görülən işlər yetərlidirmi?
Mövcud vəziyyəti şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, dərsliklərin, elmi kitabların səviyyəsi qənaətedici deyil. O, hesab edir ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur: “Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər və bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır”.
Onun sözlərinə görə, Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir: “Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəklində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan, proqramların hazırlanmasında mütəxəssis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Postmünaqişə dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhhəsini vermiş olacaq”.
“Bir çox hallarda biz görürük ki, bu proqramların icrası, bu işlərin həyata keçirilməsi zamanı bu işin həvalə edildiyi müəssisələr, qurumlar bu prosesə peşəkarları cəlb etmək əvəzinə öz qohum-əqrabalarını, rəhbərliyə yaxın olan şəxsləri cəlb edirlər. Onlar müxtəlif korperativ maraqlardan çıxış edirlər və onlara yaxın olan şəxsləri bu proseslərdə önə çəkməyə çalışırlar. Təbii ki, bu da zaman-zaman müxtəlif problemlərə gətirib çıxarır. Əsl istedadlı, savadlı şəxslərin, xüsusən də gənclərin proqramların icrası zamanı kənarda saxlandıqlarını görürük, onlardan yararlanmağa kimlərsə maneçilik törədirlər. Problem buradan qaynaqlanır”, - deyə ekspert vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

