Səfərbər olmalıyıq!
01.02.2022 [10:07]
Erməni cinayətlərinin dünyada ifşası üçün
Nardar BAYRAMLI
Tarix boyu ermənilər xalqımıza qarşı dəfələrlə qətliamlar törədiblər. Eyni zamanda, Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir.
Bu il XX əsrin faciəsi hesab olunan Xocalı qətliamının da 30 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Əlbəttə ki, Vətən müharibəsini qalibiyyətlə başa vursaq da, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşa olunması işi davam etdirilməlidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə yanaşı, Azərbaycan cəmiyyəti də prosesdə fəal olmalıdır. Bu baxımdan, cəmiyyətimizin üzərinə hansı vəzifələr düşür? Mövzu ilə bağlı “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə qəzetimizə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə bütövlükdə cəmiyyətimiz önəmli rol oynadı. Vətəndaşlarımız reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal iştirak edirlər. Onun sözlərinə görə, 30 illik işğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüblər və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. 1992-ci ilin fevralında isə ötən əsrin ən dəhşətli qırğınlarından olan Xocalı faciəsi törədilib. Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Vətəndaş olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir.
K.Qubadzadə qeyd edib ki, informasiya müharibəsi davam edir: “Bu sahədə fəaliyyət düzgün qurulmalı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız şəbəkələşərək vahid amal uğrunda birləşməlidirlər. Çünki bu gün hər bir azərbaycanlının qarşısında erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli vəzifədir. Nəzərə alsaq ki, bu il Xocalı soyqırımının 30-cu ildönümüdür, bu faciəni törədənlərin ifşa olunması üçün hamımız çalışmalıyıq. Dövlət tərəfindən hər il olduğu kimi bu il də Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir sıra ölkələrində tədbirlər təşkil olunacaq. Amma cəmiyyət olaraq biz də bu işə öz dəstəyimizi verməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

