Sosial şəbəkələrdən istifadə məhdudlaşacaqmı?
27.01.2022 [10:35]
Sosial şəbəkələrdən istifadə məhdudlaşacaqmı?
Günel Abbas
Milli Məclisin İnsan Hüquqları komitəsində “Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı” yeni qanun layihəsi hazırlanacaq. Həmçinin ölkədə medianın (o cümlədən, sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə dinləmə keçiriləcək. Komitədə sessiya müddətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən, sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr təşkil ediləcək, diffamasiya (şərəf və ləyaqəti alçaldaraq təhqir etmək) ilə bağlı məsələlər müzakirə ediləcək.
Bu gün sosial mediadan istifadə özü ilə bir sıra təhlükələr də gətirir. Bu təhlükələr fərdlərə, sosial qruplara, bütövlükdə cəmiyyətə yönələ bilər. Son illərdə sosial medianın milli təhlükəsizliyə təhdidlər yarada biləcəyi narahatlıqlar bütün dünya ölkələrində dövlət hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən dəfələrlə ifadə edilir. Burada müxtəlif risk ssenariləri mümkündür - terrorçular tərəfindən sosial medianın geniş istifadə edilməsi, xarici qüvvələr tərəfindən ölkənin daxili siyasətinə təsir aləti kimi istifadə edilməsi və s. Bu narahatlıqlar təcrübədə də özünü doğruldub. “Ərəb baharı” sübut etdi ki, sosial media kütlələri yönləndirmək, hadisələri dramatikləşdirmək üçün güclü silahdır.
İstisna deyil ki, ölkəmizdə də fərqli kontekstdən çıxış edərək müxtəlif fərdlərə qarşı yönəlmiş təhdid, təhqir və digər xoşagəlməz hallar sosial şəbəkələr üzərindən təşviq edilir. Rəqəmsal platformalardan istifadə edərkən əlaqəsiz şəkildə qarşımıza çıxan, yaş kateqoriyasına görə tənzimlənməyən uyğunsuz, qeyri-etik reklamların yerləşdirilməsini də qeyd etmək lazımdır. Bu səbəbdən ekspertlər qeyd edirlər ki, yeni qanun layihəsinin hazırlanmasının, sosial medianın tənzimlənməsinin böyük əhəmiyyəti olacaq. Sadaladığımız problemlərlə yanaşı, başqa hansı məsələlərin həlli qanunda öz əksini tapmalıdır?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad İbrahimov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında suallarımıza cavab olaraq, bildirdi ki, mövcud vəziyyətdə sosial şəbəkələrdə ən çox rastlaşdığımız hadisələrdən biri saxta profillərdir: “Bu profillərlə dövlət qulluqçularını, sıravi vətəndaşları təhqir edən, onlara dair hansısa şəxsi məlumatları təhrif edərək paylaşan şəxslər barəsində ciddi addımlar atılmasının tərəfdarıyam. Düzdür, bu cür profillərin arxasında dayanan şəxslərin kimliyini müəyyənləşdirmək o qədər asan olmasa da, ən azından insanlarımızın daha ciddi və məsuliyyətli olması üçün hüquqi cəhətdən daha sərt cəza tədbirlərinin tətbiqinə ehtiyac duyulur.
Əslində, sosial şəbəkələrdə baş verən hər bir xoşagəlməz hadisənin arxasında bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi dayanır. Sosial şəbəkələrdən düzgün istifadənin fərqinə varmayan vətəndaşlarımız öz şəxsi məlumatlarını ikinci şəxslərlə bölüşür və bu hal gələcəkdə həmin vətəndaşın həm maddi, həm də mənəvi zərər görməsinə gətirib çıxara bilir. Vətəndaşlarımıza tövsiyyə edirəm ki, “messenger” və digər sosial şəbəkə platformalarında özlərinə məxsus şəxsi məlumatlar və şəxsi məlumatları əks etdirən hər hansı bir sənədi (Şəxsiyyət vəsiqələri, passport, kredit kartları və. s) ikinci bir şəxsə göndərməkdən çəkinsinlər. Bu ən çox rast gəlinən hallardan biridir. Kiminsə sosial şəbəkə profili hansısa yollarla ələ keçirilir və orada olan sənəd, yazışma və digər məlumatlar ya ictimailəşdirilir, ya da profili ələ keçirilən şəxs şantajla üz-üzə qalır. Bu hallarla rastlaşan vətəndaşlar mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Hazırda digər aktual məsələlərdən biri isə sosial şəbəkələrdə rastımıza çıxan və yaş məhdudiyyəti olmadan hazırlanan reklamlardır. Düzdür, bu reklamların sırf geolokasiya üzrə Azərbaycanda göstərilməsinin qarşısını almaq mümkün deyil. Lakin reklamlar Azərbaycan vətəndaşları tərəfindən yerləşdirilirsə, bu zaman həmin reklam sahibinin hüquqi qaydada cəzalandırılmasını təmin edəcək bir qanunun olması sevindirici hal olardı. Xarici mərc oyunlarının reklamları tanınmış şəxslərin profilləri o cümlədən, izləyici kütləsi çox olan bəzi səhifələrdə hər kəsin qarşısına ən azı bir dəfə də olsa, çıxıb. Dövlət tərəfindən həmin saytlar bloklansa da, müxtəlif yollarla həmin saytlara giriş imkanı əldə edən vətəndaşlarımız hələ də var. Hər kəsə məlumdur ki, o saytlar sayta daxil olan insanların pulunu mənimsəməkdən başqa bir iş görmür. Dövlət tərəfindən tətbiq olunan yeni qanuna əsasən, xarici mərc saytlarına pul qoyulması və oradan hansısa uduşların alınması cinayət məsuliyyəti yaradır. Ona görə əminəm ki, hazırda o saytlara vətəndaşlarımız tərəfindən müraciətlərin sayı demək olar yox səviyyəsindədir”.
BDU-nun professoru, telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin sözlərinə görə, sözügedən qanun sosial şəbəkələrdə insan hüquqlarını qorumaqla bağlıdır: “Bu qanun layihəsi günün reallığından irəli gəlir. Əsas məsələ odur ki, burada insanların məlumat və fikir azadlığının məhdudlaşdırılması məqsəd olmasın. Son vaxtlar insanların şəxsi həyatına müdaxilələr kütləviləşilib. Burada təkcə etik yox, həm də hüquqi baxımdan pozuntular qeydə alınır. Bu cür hadisələrin qarşısını da almaq olmur. Bu mənada, sosial şəbəkələrdə hüquqi məsuliyyətin müəyyənləşməsi vacibdir. İnsanlar təhqirlə fikir azadlığını bir-birindən ayırmalıdırlar. Hesab edirəm ki, qanun layihəsinin hazırlanması da bu istiqamətdə aparılmalıdır. Bəzi ölkələrdə sosial mediadakı davranış qaydaları etik normalar kodeksi ilə, bəzilərində isə hüquqi normalar ilə tənzimlənir. Azərbaycan da hüquqi yolu seçənlərdəndir”.
Hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, sosial media platformalarında vətəndaşların şəxsi ləyaqətinin qorunması qanunvericilikdə tanınır: “Ancaq burada təkcə tematik hüquqdan deyil, dijital hüquqdan da söhbət gedir. Mövcud qanunvericilikdə müəyyən normalar olsa da, bunlar təkmilləşdirilə bilər. Sosial mediada hüquqların pozulması məsələsi müdafiə mexanizmləri ilə tənzimlənir. Cinayət məcəlləsində də bununla bağlı müddəalar var. Ona görə də hüquqi aspektdən boşluq olduğunu düşünmürəm”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

