60 ildən artıq birgə ömür
26.01.2022 [10:13]
Qasımovlar ailəsinin xoşbəxtlik sirri
Müşfiqə BAYRAMLI
Azərbaycan ailəsinin zəngin ənənələri var. Zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlayıb. Əsas məqsəd bu dəyərləri gələcək nəsillərə də ötürməkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nümunəvi ailə modellərinin tanıdılması və belə ailələrdəki münasibətlərdə uzunömürlülüyün sirri, ailədaxili birliyin təbliği məqsədilə “Ailələrimizi tanıyaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yaşayan nümunəvi ailələr haqqında məlumatlar təqdim edilir.
Nümunəvi ailə, yaxud ailə dəyərlərinin ləyaqətli daşıyıcıları
Belə ailələrdən biri də Göygöl rayonunda yaşayan 60 ildən artıq birgə ömür sürmüş Qasımovlar ailəsidir. Bu ailənin təməli düz 61 il bundan əvvəl Qərbi Azərbaycanın Vedi rayonunun Xalisə kəndinə qoyulub. Ailə başçısı Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Abdulla Qasımovdur. Həyat yoldaşı isə Sədaqət xanımdır. 4 övlad, 12 nəvə, 15 nəticə sahibi olan Qasımovlar ailəsi 61 ildir ki, ülvi sevginin müdafiəçiləri, ailə dəyərlərimizin ləyaqətli daşıyıcılarıdır.
A.Qasımov deyir ki, 1932-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Xalisə kəndinə anadan olub: “İbtidai və yeddiillik təhsili Xalisə kənd məktəbində almışam. 1946-cı ildə N.Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1950-ci ildə bitirmişəm. Təhsilimi davam etdirmək üçün sənədlərini ADU-ya verib üç imtahandan “əla” qiymət alsam da, səhhətimdə yaranmış ciddi problemə görə təhsilimi davam etdirə bilmədim. Hətta xəstəliyimə görə “ömrünə az qalıb” deyərək Sədaqət xanımla ailə qurmağıma razılıq vermirdilər. Ulu Tanrının köməyi ilə bu çətin günlər tezliklə keçib getdi, səhhətim yaxşılaşdı”.
Abdulla Qasımov ali təhsil almaq üçün Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qiyabi qəbul olur. Təhsil aldığı müddətdə ona ən böyük dəstəyi həyat yoldaşı Sədaqət xanım verir. Sədaqət xanım ali təhsil ala bilməsə də, orta təhsilini uğurla başa çatdırıb. Abdulla Qasımov imtahanlara hazılaşarkən Sədaqət xanım da onunla birlikdə kitablar oxuyur və bununla ömür-gün yoldaşına mənəvi dəstək olurdu. Ali məktəbi uğurla bitirən Abdulla müəllim 1966-cı ildən pedaqoji fəaliyyətə başlayır. 2012-ci ilə kimi keçmiş Xanlar rayon Təhsil Şöbəsində metodist işləyir.
Hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməli...
“Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və dostluq da əsas şərtlərdəndir. Ailənin uzunmüddətli olması üçün, hər şeydən əvvəl, bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Dədə-babadan belə deyiblər ki, ən möhkəm pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortaya narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə kimdənsə üz çevirib getmək, küsmək nə asan işdir, nə də bu addımı atmaq olar. Ona görə də mən hər zaman ailə münasibətlərində qarşılıqlı hörmətin birinci yerdə durmasını istəmişəm. 61 illik ailənin belə yaşamasının səbəbi məhəbbətdir, əzab-əziyyətə birlikdə qatlaşmaqdır”, - deyə A.Qasımov bildirib.
Qadın da, kişi də səbirli olmalıdır
Deyirlər, ailəni möhkəm edən qadındır. Doğrudan da, belədir. Bu uzunömürlü ailədə Sədaqət xanımın rolu danılmazdır. Üzündən xoş təbəssümü əskik olmayan Sədaqət xanım belə hesab edir ki, onun həyatda ən böyük uğuru övladlarına verdiyi yüksək tərbiyədir: “61 ildə çox problemlərlə üzləşmişik. Ancaq öhdəsindən gəlməyi bacarmışıq. Aramızdakı hörməti sarsıtmamışıq. Ailədə qadın da, kişi də səbirli olmalıdır. Hər şeyi məhz səbirlə həll etmək lazımdır”.
Təhsilə böyük önəm vermək lazımdır
60 ildən artıq birgə ömür sürmüş Qasımovlar ailə dəyərlərinin müqəddəsliyindən danışaraq gənc ailələrə tövsiyələrini bildiriblər: “Ailə bir dövlətdir, bir cəmiyyətdir. Bizim hər birimiz o dövlətin vətəndaşları, cəmiyyətin üzvləriyik. Bugünkü gənclərimiz bu həqiqəti dərindən dərk etməlidirlər. Ancaq bu halda ailə uzunömürlü ola bilər. Ailənin uzun müddət yaşaması üçün qarşıya çıxan bütün əziyyətlərə dözmək, ailə qurmağın necə böyük bir məsuliyyət olduğunu dərk etmək lazımdır. Valideynlər övladlarına düzgün tərbiyə verməlidirlər. Çünki normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə də möhkəm olur. Bundan başqa, mütləq təhsilə böyük önəm vermək lazımdır”.
Xoşbəxtliyin açarı hər kəsin öz əlindədir
Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Qasımovlar el-oba arasında da hörmət və izzət qazanıblar: “Dövrün çətinliklərinə baxmayaraq, övladlarımın hamısını oxutmuşam. Amma indi Allaha şükür, demək olar ki, təhsil almaq heç də çətin deyil. İndi uşaq oxutmağa nə var ki?!”
“Xoşbəxtliyin açarı hər kəsin öz əlindədir. Çalışın ki, o açardan düzgün istifadə edəsiniz”, - deyən Abdulla müəllim gülür və əlavə edir: “Bizim kimi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

